Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sumqayıtdakı silahlı qarşıdurma barədə DİN mətbuat xidmətində məlumat yoxdur -Yeniləndi

Prokuror köməkçisi isə əməliyyatın keçirildiyini təsdiqləyir

Aprelin 8-nə keçən gecə Sumqayıt şəhəri, 18-ci mikrorayonda polislə bir qrup şəxs arasında silahlı insidentin olması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində hər hansı məlumat yoxdur. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Simsar.az-a bildirib ki, mətbuat xidmətinə hələ ki, bu barədə məlumat daxil olmayıb.

Məlumatlara görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri yaxalamaq üçün keçirdiyi əməliyyat zamanı, hələlik kimliyi bilinməyən şəxslər polisə atəş açıb. Öz növbəsində hüquq-mühafizə orqanlarının nümayəndələri cinayətkarları yaxalamaq üçün silahdan istifadə edib.

Hadisə şahidlərinin Simsar.az-a verdiyi məlumata görə, insident nəticəsində ölən və yaralanan şəxslər var. Bir neçə nəfərin həbs olunduğu bildirilir.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları “Aylı gecə” restoranının yaxınlığında yerləşən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin olduğu 5 mərtəbəli binanı dövrəyə alıb. Daha sonra həmin binada olan 10-a yaxın mənzildə axtarış aparılıb və şübhəli şəxslər saxlanılıb. Sonuncu axtarış aparılan mənzildən çıxan şəxslər polisə atəş açıblar. Sonra isə maşına minərək, qaçıblar. Bu zaman həmin maşın bir polis əməkdaşını vurub. Polis əməkdaşı yüngül xəsarət alıb. 

Əməliyyat uğurla başa çatdırılıb və şübhəli şəxslərin hamısı saxlanılıb. Polisə atəş açan, həmçinin avtomobillə polis əməkdaşını vuran şəxslər də sonradan tutulub. Onların istifadə etdiyi silah götürülüb.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev sayta dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləsə də, ətraflı məlumat verə bilməyəcəyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Ruslan






8 Aprel, 2011  16:23 Baxılıb: 1260 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner