Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu il 15 yaşında tələbə adını qazananlar – Onları yaxından tanıyaq

Bu il ali məktəblərə keçirilmiş qəbul imtahanlarına qatılan ən gənc abituriyentin 15 yaşı vardı və  həmin şəxs artıq tələbə adını qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  Simsar.az-a verilən məlumata görə, bu il 15 yaşı olan 5 məzun tələbə  tələbə  adını qazanıb.

Şəkinin Çayqaraqoyunlu kəndindən qəbul olan Xəlilova Ləman Afiz qızı 1999-cu il təvəllüdlüdür. Qəbul imtahanlarında 282 bal toplayaraq  Xarici Dillər Universitetinin fransız dili üzrə dil-ədəbiyyat müəllimliyi fakültəsinə daxil olub. Ödənişli əsaslarla oxuyur. Universitetə qəbul olunmaq ona heç də əziyyətsiz başa gəlməyib. “Universitetə daxil olmağı çox istədiyimdən 5 il fərdi müəllim yanına hazırlığa getmişəm. 10-cu sinfi bitirdikdən sonra isə Araz kurslarında hazırlığımı davm etdirmişəm”.

Ləman məktəbdə uşaqlardan ən balaca olduğu üçün çox çətinlik çəkmədiyini deyir. Orta məktəbdən fərqli olaraq, universitetdə hələlik onun ən gənc tələbə olduğunu az adam bilir.

15 yaşında tələbə adını qazanan növbəti gəncsə 1999-cu ildə Şəmkir rayonunda doğulan Rüstəmov Xanlar Zakir oğlu da  bu ilin ən gənc tələbələri siyahısındadır. Bacısına yoldaşlıq məqsədilə vaxtından əvvəl məktəbə getdiyini deyən Xanlar dərslərini mənimsəməkdə çətinlik çəkmədiyini bildirdi.

O, 460 balla Azərbaycan Dövlət İqtisad Universitetinin dünya iqtisadiyyatı fakultəsinə daxil olub. Ödənişli əsaslarla təhsil alır.

Oxumağı çox sevdiyini deyən Xanlar məktəbdə  heç vaxt çətinlik çəkmədiyini, qiymətlərinin 4-5 olduğunu bildirib. “Oxumağı sevdiyim üçün dərslər məni çəkirdi, elə indi də həvəslə oxumağa davam edirəm. İki il fərdi müəllim yanına hazırlığa gedərək universitetə daxil olmuşam. Artıq universitet yoldaşlarımdan bəziləri ən gənc tələbə olduğumu bilir. Ancaq xarici görünşcə də yaşıdlarımdan fərqlənmirəm və hətta deyərəm ki, 17-18 yaşlılardan boyca daha hündürəm”.

Bakının Binəqədi rayonunun 102 saylı məktəbindən Bakı Dövlət Universitetinin kimya müəllimlyi fakultəsinə daxil olan Əkbərli Tahirə Vasif qızı da bu ilin ən gənc tələbələrindəndir. O, 236 balla kimya müəllimlyi fakultəsinə daxil olub. Ödənişli əsaslarla əyani təhsil alır.

İki il fərdi müəllim hazırlığa gedən Tahirə universitetə  hazırlaşdığı üçün dərslərə çox vaxt ayıra bilmədiyini deyir. “Buna görə də attestat qiymətlərim “4” və “5”-lərdən ibarət olub”.

Daha bir gənc tələbə Rəşadov Elgün Rövşən oğlu 189 balla Azərbaycan Kooperasiya Universitetinin  dünya iqtisadiyyatı fakultəsində ödənişli əsaslarla təhsil alır. Elgün Rəşadov 5-ci sinfə qədər Müasir Təhsil Kompleksində təhsil alıb sonradan isə Bakı şəhər 43 saylı Nərimanov rayon məktəb-lisey kompleksində təhsil alıb.“Hələ uşaq yaşlarından oxumağa həvəsli olduğum üçün 4-cü sinifin proqramını öyrənmişdim. Bunları yenidən məktəbdə keçmək mənə maraqsız olacağı üçün imtahan verdim və birbaşa 5-ci sinifə qəbul olundum. Səhhətimlə bağlı imtahana 1 saat gecikdim. Buna görə istədiyim qədər bal toplaya bilmədim. Attestat qiymətlərim isə 4-5 olub”.

Digər tələbə Fərzəliyev Nadir Cəlil oğlu ilə əlaqə saxlamağa çalışsaq da cəhdimiz alınmadı. Onun haqqında əldə etdiyimiz məlumatlar aşağıdakılardan ibarətdir.

Yevlax şəhər 1 nömrəli tam orta məktəbin məzunu olan Nadir 326 bal toplayıb. O, Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub. Ödənişli əsaslarla təhsil alır.

Aysel Kərimova







19 Sentyabr, 2014  13:55 Baxılıb: 1054 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner