Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Müxalifət iqtidarla əməkdaşlığa hazırlaşır” – SƏRDAR CƏLALOĞLU

“Belə bir vaxtda, Azərbaycanda müxalifətin əvvəlki illərdə olduğu kimi siyasi fəallıq göstərməsi və ölkə daxilində qarşıdurma meyillərinin meydana gəlməsi üçün şəraitin yaradılması, üçüncü qüvvənin Azərbaycana girməsinə səbəb ola bilər”. Bunu Simsar.az-a Azərbaycan Demokrat partiyasının sədri Sərdər Cəlaloğlu Azərbaycanda müxalifətin son vəziyyətini şərh edərkən deyib.

O bildirib ki, Siyasi partiayaların bir araya gəlməməsi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir: “Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzi ötən ay aktiv şəkildə fəaliyyətə başlayıb. Keçən həftə, Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Gələcəkdə də siyasi təqvimə uyğun olaraq seçki məsələləri də müzakirə olunacaq”.

Partiya sədri deyib ki, əvvəlki illərlə müqayisədə, müxalifət passiv kimi görünə bilər. Amma bunun obyektiv səbəbi var: “Əvvəlki illərdə nə Ukrayna hadisələri, nə də Yaxın Şərq hadisələri var idi. İndi dövrdə isə beynəlxalq vəziyyəti nəzərə alıb, ona uyğun ölkə daxilində siyasətimizi aparmağa məcburuq. Hələ ki, Ukrayna – Rusiya hadisələri başa çatmayıb. Rusiya digər respublikalara təziq göstərir. Belə bir vaxtda, Azərbaycanda müxalifətin əvvəlki illərdə olduğu kimi siyasi fəallıq göstərməsi və ölkə daxilində qarşıdurma meyillərinin meydana gəlməsi üçün şəraitin yaradılması, üçüncü qüvvənin Azərbaycana girməsinə səbəb ola bilər. Ona görə də, müxalifət bir qədər küçə hərəkatından imtina edir”.

“Bundan sonrakı fəaliyyətimizdə beynəlxalq stüasiyasnı və dövlətin maraqlarını nəzərə almalıyıq. Məhz buna görə də, yaranmış şəraitə uyğun siyasi mübarizə üsullarını seçmək lazımdır. Gələcəkdə olacaq hadisələrin, yalnız bizim iradəmizdən asılı olmadığına görə, indidən nəsə deyə bilmərik. Ola bilsin ki, sabah Rusiya Qazaxıstana qoşun yeritsin, İŞİD Türkiyə ərazisinə daxil olsun və Gürcüstan-Rusiya münasibətləri yeni müstəfiyə keçsin. Yeni situsiyaların meydana gəlməsi Azərbaycanın daxili qüvvəlırinin və müxalifətinin iradəsindən asılı deyil. Buna görə də, indidən dəqiq proqnoz verə bilmərik. Geopolitikada sabitlik olsaydı, Azərbaycan qlobalizasiyaya qoşulmasaydı əvvəlcədən nə olacağını söyləmək mümkün olardı!” - S.Cəlaloğlu belə deyib.

“Biz, o qədər birliklər yaratmışıq ki...”

Cəmiyyətə müxtəlif reseptlər təqdim etdiklərini deyən siyasətçi, qeyri-adi yenilik tapa bilmədiklərini söləyib: “Keçən konfransımızda, müxalifətin bu günə kimi apardığı siyasətin dəyişdirilməsi ilə bağlı fikirlər səsləndi. Burda söhbət strategiyanın deyil, taktikanın dəyişdirilməsindən gedirdi. İqtidarla əməkdaşlığı aktuallaşdırılması, dialoq yoluna üstünlük verilməsi və beynəlxalq ictimaiyyətin Azərbaycanda demokratiyanın dəyişilməsi ilə bağlı planlarına dəstək verilməsi olduqca vacib məsələlərdi. Bunların heç biri, bu günə kimi reallaşmayıb”.

 

Hüseyn İbadlı







19 Sentyabr, 2014  11:55 Baxılıb: 887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner