Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Musiqisiz musiqi yarışması “Azərbaycanın səsi”

Bir çox dünya ölkələrində keçirilən dünya şöhrətli “Voice” - səs yarışması bu ildən Azərbaycanda da keçirilir. İlk eşitdiyimdə bunun çox gözəl və pakizə olduğunu dedim.

Ancaq müsabiqənin hələ anonslarından, bu yarışmanın yerli versiyasının çox biabırçı formada olacağı hiss olunurdu.

Məşhur səs yarışmasının Çin, Türkiyə, Ərəbistan, ABŞ, Hollandiya, İngiltərə, Tayland, Ukrayna versiyasına baxmış biri kimi, tam əminliklə deyə bilərəm ki, heç bir ölkədə bu musiqi yarışması “minus”larla həyata keçirilmir. Hətta iqtisadi və sosial problemlərin içində cabalayan işğalçı Ermənistanda belə eyniadlı müsabiqədə bu şəkildə biabırçılıq olmayıb.

Müsabiqənin seçimləri ilə bağlı yayılan xəbərlər isə lap tükürpədici oldu. Layihədə iştirak etmək istəyənlərdən rüşvət alınması hər nə qədər ağıla sığmaz görünsə də real bir faktdır. Səhnə dekorasiyası, aparıcılar, münsiflər dünya şöhrətli müsabiqə üçün çox yetərsizdir. Yuxarıda adını çəkdiyim bu ölkələrin heç birində həmin müsabiqə aparıcları yarım saat sponsorlara, müsabiqənin təşkilatçısına tərifnamə oxumur. Münsif kürsüsündə əyləşən heç bir sənətçi səhnəyə yeni addım atan gənci təhqir edib, onu ruhdan salmır. Bütün ölkələrdə keçirilən sözü gedən müsabiqədə münsiflər arasına yalnız bir nəfər musiqidən başı çıxmayan, sənəti olmayıb, amma gündəmdə at oynadan sənətçi daxil edilir. O da müsabiqənin rəngarəng olması üçün. Bizdə isə tam əksinə, münsiflər heyəti arasında yalnız bir nəfər musiqidən başı çıxan, yaxşı səsi tanıyıb, doğru qərar verə biləcək şəxs əyləşdirilir. Musiqi yarışmasında canlı musiqinin olmaması isə bu yarışmanın nə qədər qeyri-peşəkar hazırlandığını bütün çılpaqlığı ilə ortaya qoyur. Ansambl ilə işləməyi öyrənmədən, birbaşa minusla yarışmaya çıxarılan iştirakçıdan “Azərbaycanın səsi”ni seçmək gülüncdür. Bütün ölkələrdə bu müsabiqənin efir vaxtı iki gün olsa da, bizdə bir gündür. Müsabiqənin şərtinə uyğun olaraq iştirakçılar bir gün ifa etməli, ikinci gün isə seçilməlidir. Təəssüflər olsun ki, müsabiqənin bu şərtinə də düzgün əməl olunmayıb.

İştirak etmək istəyisənsə əlin cibində olsun

Müsabiqə yeni başlayanda münsiflərdən biri də əməkdar artist Lalə Məmmədova idi. Bir neçə mərhələdən sonra əməkdar artist müsabiqədən ayrıldı. İfaçının müsabiqədən ayrılma səbəbi isə bunlar olub: “Müsabiqənin əvvəlki mərhələsində mən də münsif qismində iştirak etmişəm. Təəssüf ki, hər şey əvvəldən söz verildiyi kimi olmadı. Müsabiqə başlamamış, ərizələrini yazan iştirakçılardan 500Azn tələb edən təşkilatçı onlara bildirib ki, əgər juri səni seçərsə o zaman 500 Azn bizdə qalacaq. Seçilməsən məbləğ geri ödənəcək. Bundan xəbər tutan kimi təşkilatçıya zəng edib bildirdim ki, əgər bu deyilənlər doğrudursa, mən münsiflər heyətini tərk edəcəm. Boyunlarına almadılar və həmin uşaqlardan aldıqları pulları geri qaytardılar.

3-4 veriliş canlı musiqi müşaiyəti ilə efirə getdi. Ancaq sonra “büdcəmiz buna imkan vermir” deyib musiqiçiləri layihədən uzaqlaşdırdılar. Bu çox acınacaqlı bir vəziyyət idi. Musiqi müsabiqəsində musiqiçilərsiz yarış gedir. Təəssüf edirəm ki, o zaman münsiflər kürsüsündə əyləşən həmkarlarım mənimlə həmrəy olmadılar. Onlar təşkilatçının qərarı ilə razılaşdılar. Həftədə bir dəfə çıxışları olan uşaqları minus üzərində oxumağa məcbur edirdilər. Musiqi təhsili olanlar çox gözəl anlayar bunun nə demək olduğunu. Kişi və qadın səsi tonallıq baxımından bir-birindən seçildiyi üçün, minuslarla oxumaq uşaqların əksəriyyətinin nəinki istedadlarını üzə çıxardır, əksinə olan qalan istedadlarını da bərbad edir. Müsabiqəyə olan marağım artıq itmişdi. Sadəcə komandamda olan uşaqların mənə olan ümidlərini itirməmək üçün sona qədər qaldım”.

Günel







19 Sentyabr, 2014  11:08 Baxılıb: 2529 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner