Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Akademik Milli Dram Teatrı 142-ci mövsümünü açdı

Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçirilib.

Simsar.az xəbər verir ki, mətbuat konfransında teatrın direktoru İsrafil İsrafilov teatrın ötən mövsüm ərzindəki fəaliyyəti - planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri haqqında məlumat verib.

İ. İsrafilov qeyd edib ki, 141-ci teatr mövsümü özünün qabarıq yenilikləri ilə yadda qalıb. Bu yeniliklərdən biri teatrın öz imkanları hesabına səhnəyə tamaşalar qoyması olub: “Mən həmişə istəmişəm ki, teatr ələ baxmasın. Özü özünü maliyələşdirə bilsin. O mənada deyə bilərəm ki, teatr səhnəyə qoyduğu on tamaşanın doqquzunu öz imkanları hesabına həyata keçirdib. Yalnız birini - Hüseyn Cavidin əsəri əsasında hazırlanan “Əmir Teymur” tamaşasını dövlət sifarişi ilə hazırlayıb”.

Teatrın uzun illər mono tamaşalar hazırlamadığını deyən İsrafil İsrafilov ötən mövsüm iki mono tamşanın təhvil verilməsiylə bu boşluğun doldurulduğunu vurğulayıb, teatrın nəzdnində teatr studiyasının yaranmasını da ötən mövsümün uğurları sırasında olduğunu diqqətə çatdırıb.

İ. İsrafilov hər il olduğu kimi bu ildə teatrın xarici ölkələrə dəvətlər aldığını bildirib: “Bu il ilk qastrol səfərimiz Gürcüstana olacaq. Oktyabrda gürcü tamaşaçılarının qarşısına çıxacağıq. Bununla yanaşı, Albaniyadan dəvət almışıq. Yeni mövsümdə bir neçə yeni tamaşaların təhvil verilməsi nəzərdə tutulub”.

Bundan başqa teatrın direktoru 2015- ci ilin planlarına Xəzəryanı ölkələrin teatr festivalının keçirilməsinin də daxil olduğunu deyib. Beynəlxalq layihələrin Azərbaycan teatrı, mədəniyyəti üçün əhəmiyyətli olduğunu bildirən İ. İsrafilov, bu cür layihələrin yerli rejissorların xarici əlaqələrinin genişlənməsində mühüm addım olacağını qeyd edib.

Teartın uğurları ilə yanaşı, bir sıra problemlər yaşadığını deyən İ.İsrafilov bunlardan başlıcasının aktyorların aylıq maaşlarının Avropa ölkələri ilə müqayisədə olduqca az olduğunu diqqətə çatdırıb: “Bu problem illərdir ki, öz həllini tapa bilmir. Bizim teatrda orta əmək haqqı 350 manatdır. Bu maaşla aktyorlar öz sosial problemlərini həll edə bilməzlər. Ona görə də məcbur olurlar seriallara, kliplərə çəkilsinlər”.

Teatrın direktoru tamaşaların reklam olunmasında böyük çətinliklər yaşadıqlarını da vurğulayıb.

Mətbuat konfransında İ. İsrafilov yeni mövsümdə tamaşaya qoyulması nəzərdə tutulan səhnə əsərlərindən də danışıb. O qeyd edib ki, yeni mövsümdə İlyas Əfəndiyevin “Mənim günahım”, Yunus Oğuzun “Nadir Şah”, Afaq Məsudun “Kərbəla” və s. tamaşaları təqdim ediləcək.

Mətbuat konfransından sonra Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan “Qarabağnamə” tamaşası ilə 142-ci mövsümünü açıb.

Teatrın yeni mövsümünün açılışı münasibətiylə teatrsevərləri və aktyorları təbrik edən rejissor Mərahim Fərzəlibəyov bildirdi ki, nə qədər ki, Qarabağ işğal altındadır, biz hər il mövsümü “Qarabağnamə” ilə açacağıq.

“Təsadüfi deyil ki, teatrımız mövsümü “Qarabağnamə” əsəri ilə açır. Bu əsər xroniki, tarixi faciədir. Bu faciəni, bizim başımıza gələn müsibətləri hələ 90-cı illərdə İlyas Əfəndiyev qələmə alıb göstərdi ki, Qarabağ məsələsi Azərbaycan üçün yeni bir məsələ deyil. Azərbaycan düz 300 ildir ki, bu problemi yaşayır. Bu tamaşadan sonra biz təklif etdik ki, film çəkilsin. Çox sağ olsunlar ki, təklifimizi dəyərləndirib, əsər əsasında “Hökmdarın taleyi” adlı film çəkildi. Biz də çalışırıq ki, tez-tez bu tamaşanı göstərək. Tamaşaçılar bilməlidir ki, “Qarabağ” mövzusu bizimlədir”.

Kulisdə tamaşadar rol alan aktyorlarla həmsöhbət olduq. Qarabağ xanı İbrahim xanı canlandıran, xalq artisti İlham Əsgərov bildirdi ki, yeni mövsümdə yeni tamaşalarla teatrsevərlərin qarşısına çıxacaqlar.

Tamaşanın, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada  həmçinin xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Mirzə Ağabəyli, Vəfa Rzayeva aktyorlar Şəhla Əliqızı, Sərdar Rüstəmov, Anar Heybətov və başqaları çıxış edirdilər.

Günel Musa






18 Sentyabr, 2014  20:10 Baxılıb: 2774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner