Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Putin Stalinin Zəngəzur səhvini düzəltməlidir" - EKSPERT

“Ukraynada gedən proseslər, o cümlədən Donetskiyə və Luqanskiyə xüsusi statusun verilməsi, Dağlıq Qarabağ məsələsini yubadacaq”.

Bunu Simsar.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Dağlıq Qarabağ məsələsi dünyada, xüsusiylə Avropada yeni dərk olunma fazasına qədəm qoyub:

“Ukrayna hadisələrinin baş verməsinin əsas səbəbi odur ki, Qərb, vaxtiylə Dağlıq Qarabağ məsələsinə yetərincə diqqət ayırmayıb. Avropa indi anlayır ki, Ukraynanın ərazi bütövlüyün müdafiə edə bilməməyinin səbəbi, vaxti ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına səy göstərməməsidir. Özləri də yaxşı bilirlər ki, hər zaman ikili standar nümayiş etdiriblər”.

Ekspert hesab edib ki, Dağlıq Qarabağ məsələsi bu gün Rusiya tərəfindən fərqli dərk olunur: “Rusiyada Ermənistana və ermənilərə qarşı münasibət dəyişib. Bu özü də olduqca vacib məqamdır. Rusiyanın Dağlıq Qarabağ probleminə indiki baxışı, Azərbaycanın xeyrinədir. Şimal qonşumuz artıq başa düşür ki, daha çox Azərbaycanla əməkdaşlıq etmək lazımdır”.

Mərkəz rəhbəri deyib ki, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması istiqamətində verdiyi bəyanat, əslində Dağlıq Qarabağ məsələsinin Rusiyada yeni dərkini göstərən əlamətdir:

“Belə başa düşürəm ki, dünyada, xüsusi ilə Ermənistanda baş verən istənilən aktivlik, Dağlıq Qarabağ münqişəsinin tənzimlənməsinin sürətlənməsinə xitmət edir. Hazırda Krımla Dağlıq Qarabağ arasında da paralel axtarmamalıyıq. Biz Zəngəzurla Krım arasında paralel axtarmalıyıq. Stalin 1923-cü ildə Azərbaycanı bölmək və Türkiyə ilə əlaqəni kəsmək üçün Azərbaycanın bir parçası olan Zəngəzuru ermənilərə verdi. Ondan 31 il sonra, Xuruşov buna bənzər addım atdı. Vaxtı ilə rus çarlarının işğal etdiyi Krımı Ukraynaya verdi. Halbuki, Ukraynanın o prosesdə heç bir rolu olmayıb. İndi Putin Krımı geri qaytardı. Bizdə Rusiyadan tələb etməliyik ki, Zəngəzuru tarixi sahibinə qaytarsın. Əgər Putin Xuruşovun səhvini düzəltdisə, Stalinin səhvini də, düzəltməlidir və Zəngəzuru Azərbaycana qaytarmalıdır”.

Hüseyn İbadlı






18 Sentyabr, 2014  16:48 Baxılıb: 919 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner