Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SAM-ın nümayəndə heyəti Çində

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Çin Xalq Respublikasının (ÇXR) tanınmış beyin mərkəzi olan Beynəlxalq Münasibətlər Akademiyası ilə TASİM layihəsinə dair birgə nəşr edilmiş “ÇXR-in informasiyalaşma təcrübəsi və TASİM layihəsi üçün əhəmiyyəti” adlı broşurun təqdimat mərasimində iştirak etmək üçün Çinə səfər edib.

SAM-dan Simasar.az-a verilənm məlumata görə, SAM-ın direktoru Fərhad Məmmədov, “Xarici siyasət məsələlərinin təhlili” şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “TASİM” idarəetmə qrupunun rəhbəri Zaur Həsənovdan ibarət nümayəndə heyəti SAM-ın ÇXR Beynəlxalq Münasibətlər Akademiyası (BMA) ilə birgə hazırladığı “ÇXR-in informasiyalaşma təcrübəsi və “TASİM” layihəsi üçün əhəmiyyəti” adlı tədqiqatın təqdimat mərasimində iştirak edib.

Səfər çərçivəsində BMA ilə birgə “dəyirmi masa”, həmçinin TASİM layihəsinin Azərbaycan-Çin əlaqələrinin genişlənməsinə verəcəyi töhfə və region üçün böyük önəm daşımasına dair konfrans da təşkil olunub.

BMA-da keçirilən “dəyirmi masa”dan sonra baş tutan “TASİM” layihəsində Çinin rolu” adlı konfransda ÇXR-in beyin mərkəzlərinin, elmi-tədqiqat institutlarının direktorları, baş elmi işçiləri və regionla məşğul olan bir çox tanınmış şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan SAM-ın direktoru F.Məmmədov çıxışında iki ölkə münasibətlərinin sürətli tempdə inkişafına toxunaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin may ayında Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə iştirak edib və ardınca xarici işlər naziri E.Məmmədyarov ÇXR-ə işgüzar səfərdə olub.

SAM-ın direktoru iştirakçıların diqqətinə çatdırıb ki, bütün bunlar Azərbaycanın Çin ilə münasibətlərə böyük önəm verməsinin nümunələridir.

F.Məmmədov həmçinin “TASİM” layihəsinin Yeni İpək Yolu İqtisadi Zonasını əhatə edən ölkələr üçün strateji baxımdan böyük rol oynadığını bildirib. Eyni zamanda, BMA-nın prezidenti Li Cıye də son illər SAM ilə əməkdaşlıqdan məmnun olduqlarını ifadə edib. Buna bariz misal kimi “TASİM” layihəsinə dair birgə hazırlanmış broşürü göstərib, Çinin sürətli informasiya magistrallarının mühüm önəm daşıdığını xüsusilə vurğulayıb.

Konfransda RYTN-nin “TASİM” idarəetmə qrupunun rəhbəri Zaur Həsənov çinli mütəxəssislərə “TASİM” lahiyəsi haqqında ətraflı məlumat verib.

Konfransda Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyinin müşaviri Mətin Mirzə və AzərTAc-ın Pekindəki xüsusi müxbiri Şahin Cəfərov də iştirak edib.

Hüseyn İbadlı

 






18 Sentyabr, 2014  12:04 Baxılıb: 871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner