Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər təhsil üzrə yeni layihə ilə tanış oldu – Fotolar

Bu gün media nümayəndələri “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə Bakının 214 saylı tam orta məktəbində olublar.

Simsar.az-ın məlumatına görə, “Sağlam təhsil sinifi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq iumkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.

Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 min şagird arasında tibbi-gigyenik gender, psixoloji-pedoqoji monitorinqlərin keçirilməsi mərhələlər üzrə hesabatların hazırlanması da nəzərdə tutulub.

Təhsil Nazirliyinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, “Sağlam təhsil-sağlam millət” layihəsinə başlamazdan əvvəl uşaqların sağlamlığı baxımından respublikada mövcud vəziyyət öyrənilib dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. Həmçinin,  ABŞ, Avropa Birliyi, Yaponiya,Finlandiya ,Rusiya və Ukraynada aparılan işlər təhlil edilib. “Rusiya uşaqların sağlamlığı naminə” İctimai Birliyinin rəhbəri Vladimir Bazarnının təhsil alanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi xüsusilə diqqət cəlb edib. Alim ölkəmizə dəvət olunub.

O əlavə edib ki, bu ilin sentyabrından Milli Təhsil Texnologiyalarının təşkilatçılığı ilə Bakınin ümumtəhsil müəssisələrinin direktorları, psixoloqları və tibbi heyəti, fiziki tərbiyyə və sağlam təhsil sinfi müəllimləri üçün seminarlar keçirilib.

A.Süleymanovun sözlərinə görə, hazırda Bakı şəhərinin 5 ümumtəhsil məktəbində Sumqayt şəhərinin isə 1 məktəbində “Sağlam təhsil-sağlam millət” layihəsi tətbiq edilir. Layihənin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldlrmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.

Aysel Kərimova







18 Sentyabr, 2014  11:09 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner