Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sabiq polis rəisi: "Yalandır, iftiradır" - CAVAB

Bakının Sabunçu rayonunun sabiq polis rəisi Rza Hacıyev qətl törətməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

R. Hacıyev APA-ya açıqlamasında deyib ki, Türkiyədə qətl törətməsi barədə yayılan məlumat yalandır: " Bu, mənə qarşı təxribatdır".

R. Hacıyev deyib ki, o, hazırda Bakıda istirahət edir. Sabiq polis rəisi deyib ki, o, bir neçə ay əvvəl Türkiyədə olub, amma iş adamı Telman İsmayılova məxsus oteldə qalmayıb: “Mən bu ilin fevralında şəxsi işlərimlə əlaqədar Türkiyədə olmuşam. Lakin Telman İsmayılova məxsus oteldə qalmamışam. O oteldə qalmağa maddi imkanım da yol vermir. Bu yalan məlumatı kim haradan necə düzüb-qoşub mənə də maraqlıdır. Bir daha haqqımda yazılan xəbərləri yalan və iftira adlandırıram. Hazırda Bakıdayam, istirahət edirəm”.

Qeyd edək ki, bu gün “musavat.com” saytı öz mənbələrinə istinadən sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə qətl törətməsi barədə məlumat yayılması ilə bağlı xəbər yayıb. Saytın yazdığına görə, Antalyadakı “Mardan Palase” otelində R. Hacıyevin tanışı olduğu bildirilən 24 yaşlı Arzu Zeynalovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Məlumatda o da qeyd olunub ki, R. Hacıyevin döyərək öldürdüyü A. Zeynalova Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşının qızıdır.







17 Sentyabr, 2014  19:01 Baxılıb: 813 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner