Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Donetsk Respublikası” Kiyevin seçki təklifini rədd etdi

Ukraynanın cənub-şərq bölgəsində elan olunan qondarma “Donetsk Xalq Respublikası” Ali Radanın Donbass bölgəsində xüsusi statusun verilməsi ilə bağlı seçkilərin keçirilməsinə dair ötən gün verdiyi qərarın əleyhinədir.

Simsar.az-ın məlumatına görə, “DXR”ın baş naziri Aleksandr Zaxarçenko bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, təmsil etdiyi “qurum” rəsmi Kiyevin Donetsk vilayətində yerli qurumların rəhbər şəxslərinin müəyyənləşdirilməsi ilə bağlı seçkilərin keçirilməsini istəmir. A. Zaxarçenko Ukrayna hökumətinin bu təklifdən də imtina ediləcəyini qeyd edib: “Biz Ukraynanın seçki qurumlarının və dövlət strukturlarının Donetsk ərazisinə buraxmayacağıq. Bizim öz Ali Sovetimiz var və nə zaman seçki keçiriləcəyini özümüz müəyyənləşdirəcəyik. Ukraynanın hər hansı qərarına, xüsusən də bizdə seçki keçirilməsi ilə bağlı istəyinə riayət etmək niyyətimiz yoxdur”.

Qondarma qurumun “baş nazir”i Ukrayna hökumətinin təşəbbüsü ilə keçiriləcək görüşdə də iştirak etmək istəyində deyil.

Qeyd edək ki, Ukrayna parlamenti separatçılığın hökm sürdüyü Donbass bölgəsinin bəzi rayonlarına xüsusi statusun və separatçılar haqda amnistiya aktına dair qanun layihələrini qəbul edib.

İclasda bölgənin Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarına, yəni hazırda separatçıların nəzarətində olan ərazilərə yerli idarəetmə ilə bağlı 3 il müddətinə xüsusi statusun verilməsi haqqında, o cümlədən ölkənin şərqindəki hadisələrin iştirakçılarına amnistiya barədə qanun layihəsini qəbul edib.

Xatırladaq ki, ölkədə Poroşenkoya müxalif olan qüvvələr bu qanun layihələrini Ukraynanın Rusiyaya güzəşti kimi xarakterizə edirlər.

Simsar.az







17 Sentyabr, 2014  14:34 Baxılıb: 727 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner