Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

«Fövqəladə Hallar Qatarı» istifadəyə verildi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Simsar.az-a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində işlər sürətlə davam edir.

Dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəldilmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrdən biri də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Neft Dağılmalarına Qarşı Cavab Tədbirlərində potensialın yaradılmasıdsıdır. Layihənin tərkib hissələrindən biri də «Fövqəladə Hallar Qatarı» MMC-nin maddi-texniki bazasının yenidən qurulması idi.

17 sentyabr 2014-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC «Fövqəladə Hallar Qatarı» MMC-nin yeni tikilən inzibati binasının və təmir sexinin istismara veriməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini Musa Pənahov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov və Dünya Bankının nümayəndələri iştirak ediblər.

“Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin rəisi Sabir Məhərrəmov məlumat verərək bildirib ki, dəmir yolunda fövqəladə və qəza hallarının aradan qaldırılmasının təmin edilməsi məqsədilə, Biləcəri stansiyasında keçmiş “Buz zavodu”nun ərazisində 1 iyun 2013-cü ildə başlanan “Fövqəladə Hallar Qatarı” MMC-nin istehsalat bazasının tikintisi işləri 1 avqust 2014-cü ildə başa çatdırılıb. Tikinti işlərini “6-cı mərtəbə” müstəqil şirkəti həyata keçirib.

Ümumi ərazisi 25296 kvadrat-metr olan istehsalat bazasında inzibati bina, təmir sexi, avtomobillərin dayanacağı üçün talvar, su və çirkab su anbarları inşa edilib.

Dayağı monolit dəmir-beton sütunlardan ibarət olan iki mərtəbəli inzibati binanın bünövrəsi monolit lentvari dəmir-betondan tökülüb. Dam örtüyü keramitə bənzər metal vərəqdən ağac çatı üzərində quraşdırılıb. Pilləkan və eyvan məhəccərləri metaldan hazırlanaraq yağlı boya ilə rənglənib. Arakəsmələr qalınlığı 10 sm olan boşluqlu kərpiclə hörülüb. Birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün ikimarşlı monolit dəmir-beton pilləkən hazırlanmış, divar və arakəsmələr yüksək keyfiyyətli suvaqla suvanmış, emulsiya ilə rənglənib.

Binanın ətrafı perimetr boyunca qum, çınqıl üzrə asfalt-betonla örtülmüşdür. Obyektlərin normal fəaliyyətini təmin etmək məqsədilə elektrik təchizatı, xarici su təchizatı və kanalizasiya sistemləri quraşdırılıb.

Hüseyn İbadlı






17 Sentyabr, 2014  13:04 Baxılıb: 848 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner