Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

134 saylı məktəb haqqında RÜŞVƏT İDDİASI

Bakının 2010-cu ildə əsaslı təmiri başa çatdırılaraq yenidən istifadəyə verilən Səbail rayonu 132-134 nömrəli təhsil kompleksinin adı da son vaxtlar ölkə mətbuatında tez-tez hallanır.

Simsar.az Marka.Az-a istinadən xəbər verir ki, metronun “İçərişəhər” stansiyası yaxınlığında yerləşən 132 və 134 saylı məktəblər bir-birinə bitişik binada yerləşirdilər. 134 saylı məktəbin direktoru Sara Xanlarova, 132 saylı məktəbin direktoru isə Aliyə Təhmasib idi.

Sonradan Təhsil Nazirliyinə ayrılan investisiya vəsaiti hesabına 132 və 134 saylı məktəblər əsaslı təmir olundu. Təmirdən sonra isə məktəblərin birləşdirilməsi haqqında göstəriş verildi, Aliyə Təhmasib işdən çıxarılaraq, iki məktəbin birləşdirilməsi nəticəsində yaranan Beynəlxalq Təhsil Kompleksinin direktoru vəzifəsinə Sara Xanlarova təyin olundu.

Lakin məhz bu hadisədən sonra müxtəlif mənbələrdə, mətbuatda məlumatlar yayılmağa başladı ki, həmin təhsil kompleksində rüşvət alma halları çoxalıb.

Belə ki, bəzi qaynaqların təqdim etdikləri məlumatlarda da bildirilirdi ki, bu təhsil kompleksində Azərbaycan dili bölməsinə birinci sinfə qəbul üçün 2000-2500 manat, rus dili bölməsinə isə 3000 manat pul ödəmək tələb olunur. Digər tərəfdən isə olduqca müasir üslubda təmir olunan təhsil kompleksi əksər valideynlər üçün cəlbedici olduğundan bu gün həmin təhsil kompleksinin birinci siniflərinə az qala ali məktəblərdə olduğu kimi qəbul imtahanları keçirilir.

Bu il dərs ilinin başlaması ilə həmin təhsil kompleksi ilə bağlı yayılan digər bir xəbər isə burada xüsusi olaraq yaradılmış fransız təmayüllü 2 eksperimental sinfə şagirdlərin rüşvət əsasında qəbul edilməsindən ibarətdir.

Redaksiyamıza valideynlərdən daxil olan məlumatda bildirilir ki, bu gün həmin təhsil kompleksində fransız modeli əsasında fəaliyyət göstərən 2 eksperimental sinfə şagird qəbulu üçün ayrıca rüşvət vermək lazımdır.

Valideynlərin sözlərinə görə, məktəb rəhbərliyi guya həmin siniflərə qəbulun rüşvətsiz olmasını, orada yalnız istedadlı uşaqların qəbul edildiyni bildirsə də, hansısa qəbul imtahanlarının keçirilməsindən söhbət belə getmir. Uşaqlar həmin siniflərə valideynlərinin təklif etdikləri rüşvətin məbləğindən asılı olaraq qəbul oluna bilirlər.

Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasına görə, ölkədə təhsil pulsuz olsa da, həmin məktəb dövlətin balansında olsa da, həmin 2 xüsusi sinifdə oxuyan şagirdlərin valideynləri hər ay məktəbə 400 manat məbləğində rüşvət ödəməlidirlər. Bu vəsait heç bir yerdə qeydə alınmır və yalnız məktəb rəhbərliyinin cibinə axır, bunu narazı valideynlər bildirirlər.

Məsələ ilə bağlı açıqlama verən 134 saylı məktəbin direktoru Sara Xanlarova isə yayılan bütün məlumatların yalan olduğunu iddia edir:

“Bu kompleksin daxilinə iki müəssisə birləşib – 57 saylı uşaq bağçası və 134 saylı orta məktəb. Bizim bir layihəmiz var. Biz həmin layihəni 2004-cü ildən həyata keçiririk. Bu kompleks hazırda həmin o fransız modeli olan “Ana məktəbi” layihəsindən ibarətdir. Bu, iki proqram üzrə nəzərdə tutulub. Bir proqram 3 yaşından 6 yaşınadək, digəri isə 5-6 yaşında birillik intensiv proqramdır.

Həmin ekspertimental siniflərə daxil olanlar məhz tərəfimizdən hazırlanan uşaqlardır. Belə ki, “Ana məktəb” layihəsi çərçivəsində hazırladığımız uşaq 6 yaşında məktəbə gedəndə artıq ingilis və fransız dillərində sərbəst danışa bilir. Biz bu uşaqları altı yaşına qədər hazırlayırıq və yalnız həmin uşaqları ikidilli eksperimental sinfə qəbul edirik.

Həmin eksperimental siniflər ikidillidir – belə ki, günün birinci hissəsində uşaqlar tədrisi proqram dili əsasında, deyək ki, rus dilində keçirlər. Sonradan isə - günün ikinci yarısında riyaziyyat, fizika kimi dərsləri həm də ingilis dilində öyrənirlər. Biz kənardan ora heç bir uşaq qəbul edə bilmirik, çünki onlar proqrama uyğun deyillər”.

Valideynlərdən dövlət məktəbində təhsil üçün 400 manat pul alınması ilə bağlı məlumata gəldikdə isə, Sara Xanlarova bunları deyib:

“Uşaqların məktəbə gəlməsi, 2 xarici dilin öyrədilməsi, bədii gimnastika məşqləri məktəb hovuzundan istifadə - həmin 400 manatın içinə nə daxil olduğu tam hesablanıb. Valideyn bilir ki, uşağı burada 4 dəfə yeməklə təmin olunur, xaricdən müəllim dəvət olunur və bu xərclərə nə daxildir. Valideynlərdən alınan həmin vəsaitin həcmi və nəyə sərf olunduğu Təhsil Nazirliyinə də məlumdur və burada hansısa başqa iddialardan söhbət gedə bilməz”.

S.Xanlarovanın sözlərinə görə, uşaqların qəbulunda 2 əsas meyar var:

“Birincisi uşaqların fiziki sağlamlığıdır. Belə ki, bu eksperimental siniflərdə təhsil çox çətindir və uşaqların fiziki davamlılıqları əsas götürülür. Digər tələb isə uşaqların psixiki vəziyyətlərinin normal olmasıdır. Bütün edilən ödənişlər sənədli əsaslarda həyata keçirilir, başqa heç bir söhbət ola bilməz”.






17 Sentyabr, 2014  12:08 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner