Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Politoloq: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı deyil”

“Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ABŞ tərəfdən təzyiqlə rastlaşdı, çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı deyil”.

Simsar.az xəbər verir ki, bunu mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, oktyabrın sonu, noyabrın əvvəlində Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək:

“Ollandın Dağlıq Qarabağ tənzimlənməsinə orijinal yanaşması var. Əvvəla, Fransa, o cümlədən onun indiki prezidenti erməni məsələsini tərkib hissələrinə görə diferensiasiya edib. Olland Ermənistanda olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın iddia etdiyi həll variantını düzgün olmayan həll variantı adlandırdı və normal yol tapılmasını məsləhət bildi. Həmçinin, Olland Gürcüstanda olarkən də Dağlıq Qarabağ tənzimlənməsini müzakirə etdi”.

Onun sözlərinə görə, F. Olland Gürcüstanı Dağlıq Qarabağ tənzimlənməsinə qoşmaqla konkret praktik nəticə əldə edə bilər. Lakin Ollandın təşəbbüsünün tarixçəsi indi bu təşəbbüsün səmərəsini azalda bilər:

“İşğalçı Ermənistan ordusunun Azərbaycan ərazisində yaratdığı hərbi gərginlik, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki insidentlərin sayının artması Rusiya prezidenti Vladimir Putini prezidentlərin görüşü təşəbbüsünü irəli sürməyə təhrik etdi”.

M. Əhmədoğlu qeyd edib ki, Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı deyil, həm də ümumiyyətlə hazır deyil: “Ona görə Putinin Soçi görüşünə erməni ssenarisi hazırlandı. Guya Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşür. Prezidentlərin üçtərəfli görüşü isə olmayacaq. Lavrov-Abramyanın müəllifi olduğu erməni ssenarisini Putin pozdu. Üçtərəfli görüş baş tutdu. Soçi görüşünün erməni ssenarisi ilə yanaşı ABŞ-ın bu təşəbbüsü aşağılatma kampaniyası da davam etdi. ABŞ həmsədrlərə Soçi görüşündə iştirak etməyə icazə vermədi. Rusiyanın təşəbbüsü ələ almaq niyyəti ABŞ-ı qorxutdu. Ona görə özü prezidentlərin görüşü təşəbbüsünü irəli sürdü, həm də Ollandın əvvəlki təklifi reanimasiya olundu”.

Hüseyn İbadlı







17 Sentyabr, 2014  12:36 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner