Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ADİU-də ilk telekörpü keçirilib - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı  tədris binasında ilk dəfə olaraq ADİU ilə Türkiyənin Hacettepe və İzmir Ekonomi Universitetləri arasında telekörpü keçirilib. Simsar.az xəbər verir ki, telekörpüdə Hacettepe Universiteti ilə ADİU arasındakı mövcud əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib. Hər iki universitet arasında müəllim və tələbə mübadiləsi prosesinin genişləndirilməsi, həmçinin Mövlana proqramından daha səmərəli istifadə edilməsi məsələlərində razılıq əldə olunub. Tərəflər həmçinin təşkilatçısı olduqları Avrasiya Sosial Elmlər Forumunun da hər il müntəzəm qaydada keçirilməsi və bu çərçivədə elmi əməkdaşlıqlarını davam etdirmələrininəhəmiyyəti üzərində dayanıblar.

ADİU, Hacettepe Universiteti, Qazaxıstan Ahmet Yesevi Universiteti və Qırğızıstan Manas Universitetləri tərəfindən birgətəsis edilən Avrasiya Sosial Elmlər Forumunun üçüncüsü bu il 15-16 noyabr tarixində Almatı şəhərində keçiriləcəkdir. TelekörpüdəForumun yüksək səviyyədə təşkil edilməsi məqsədilə bir sıra təşkilati məsələlər də müzakirə edilib.

İzmir Ekonomi Universiteti ilə təşkil olunan telekörpüdə müzakirələr nəticəsində iki universitet arasında iqtisadiyyat, biznesin təşkili, logistika, muhasibat və audit, sığortaçılıq və risklərin idarə edilməsi, beynəlxalq ticarət, dizayn, sənaye mühəndisliyi, qida mühəndisliyi və distant təhsil sahələrində tədqiqat və tədris təcrübələrinin mübadiləsi, tələbə və müəllim mübadiləsi, həmçinin dətələbə təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması üzrə razılıq əldə edilib.

Müzakirələrin sonunda yaxın günlərdə iki universitet arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə geniş məzmunluəməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.

Telekörpünün sonunda universitetlərin rəsmiləri tələbələri maraqlandıran sualları cavablandırıb.






17 Sentyabr, 2014  12:24 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner