Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ünvanlı sosial yardım verilməsini 2 ilə qaldırmaq lazımdır” – NAZİR

“Ünvanlı sosial yardım alanlar ikillik müddətə sənədlərini yeniləyəcəklər. Buna görə də ünvanlı sosial yardımın verilməsini 1 ildən iki ilə qaldırmaq lazımdır”. Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamsında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, aparılan təhlillər bu gün bazada ünvanlı sosial yardım alan ailələrin təqribən 90%-ə yaxınının eyni ailələr olduğunu göstərir. “Onların hər il eyni sənədləri yığıb yenidən təqdim etməsinə ehtiyac yoxdur. Bu prosesin iki illik müddətə çevrilməsi ilə bağlı təklifimizi vermişik. Tezliklə qanunvericilikdə bu barədə müəyyən dəyişikliklər olacaq”.

S.Müslümov bu sənədlərin avtomatlaşdırması istiqamətində də tədbirlərin davam etdiyini bildirib. “Bu yaxınlarda bizim böyük nümayəndəmiz Türkiyə Respublikasına səfərə gedəcək. Orada bu proseslər avtomatlaşdırılıb. Ehtiyacı olan ailələrə ünvanlı sosial yardım yalnız bir şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edib ərizə ilə müraciət etməklə elktron şəkildə həyata keçirilir. Müxtəlif ölkələrin təcrübəsini öyrənməklə bu istiqamətdə səylərimizi davam etdiririk” -S. Müslümov belə deyib.

Aysel Kərimova







17 Sentyabr, 2014  12:13 Baxılıb: 758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner