Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Britaniya baş naziri şotlandlara yalvardı - FOTOLAR

Sabah Şotlandiyanın müstəqilliyi haqqında referendum keçiriləcək. Əgər referendumda müstəqillik tərəfdarları üstünlük təşkil etsələr, Şotlandiya Böyük Britaniya Krallığından ayrılacaq.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, kraliça II Yelizavetadan sonra, İngiltərə baş naziri Devid Kameron da, şotlandlara çağırış edib.

Nazir “Bu ailəni ayırmayın” deyərək, “yox” deyəcəkləri təqdirdə Şotlandiyaya, yüksək muxtariyyət verəcəklərinə dair söz verib.

Seçimlərə bir gün qalmış, paytaxt Edenburqda böyük həyəcan yaşanır. Paytaxt küçələrdə əllərində Şotlandiya bayraqları ilə gəzən insanlar yaxalarında “Müstəqil Hollandiya üçün ”hə” ya da “yox””, yazılmış şuarlarla gəzirlər. Şəhərdən müstəqilliklə bağlı mahnılar səsləndirilir.

Pasport zarafatı

Referendumun və müstəqillik ehtimalının yaratdığı həyəcan, insanların davranışında da özünü biruzə verir. Edenburqun əsas dəmir yol stansiyası Vaverli-nin qapısında taksi sürücüləri yarı gerçək, yarı zarafatla London qatarından düşən insanlara “Pasport qeydiyyatından keçdinizmi?” deyə sual verirlər.

Niyə müstəqillik?

1707-ci ildən bəri Krallığın tərkibində olan Şotlandiyanın mütəqillik istəmələrinin iki əsas səbəbi, mədəni kimlik və iqtisadi azadlıqdır.

Əksər insanlar ənənəvi olaraq İşçi Partiyasına səs verən şotlandların seçimlərinin, istəklərinin ingilis parlamentinə düşməmələridir. Şotland xalqı Birləşmiş Krallığın tərkibində olduqları müddətdə özünü idarəetmə təcrübəsi əldə edə bilməyəcəklərini də iddia edirlər.

London Şotlandiya iqtisadiyyatını boğur

Şotlandiyanın baş naziri geniş neft yataqlarına sahib olan bu ölkənin müstəqillik qazandıqdan sonra “Dünyanın ən zəngin ölkələrindən biri olacağını” deyib. Nazir həmçinin, müstəqil Şotlandiyada işsizliyin səviyyəsinin düşəcəyini də iddia edib. Onun sözlərinə görə, Londonun siyasəti Şotlandiya iqtisadiyyatının inkişafına əngəl olur.

Referendumdan “hə” nəticəsi çıxarsa, Birləşmiş Krallıq torpağının üçdə birini itirəcək, əhalinin sayı isə 5 milyon azalacaq.

Müstəqillk tərəfdarları qalib gəlsələr Şotlandiya 2016-cı il martın 24-dən Böyük Britaniyadan rəsmi şəkildə ayrılacaq.

Vüsal Qarayev











17 Sentyabr, 2014  11:25 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner