Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik QHT-lərə Dövlət Dəstəyi Şurası ilə müqavilə imzaladı

QHT-lərə Dövlət Dəstəyi Şurası ƏƏSMN-da yaradılacaq İctimai Şuranın formalaşdırılmasına və fəaliyyətininə dəstək veriləcək.

Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin(ƏƏSMN) və Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına(QHT) Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlıq haqqında anlaşma memerondumunun bu gün imzalanma mərasimi keçirilib. Simsar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan əmək və əhainin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda insan hüquq və azadlıqarının təminatı prosesində QHT-lərlə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Nazir bildirib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafisəinin səmərəliliyinin artırmaq sahəsində milli fəaliyyət proqramında habelə “Açıq hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planında dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəyinin iştirakı əsas prinsiplərdən biri kimi müəyyən edilib. Nazirliyin fəaliyyət sahələrində QHT-lərlə əməkdaşlığa toxunan S.Müslümov əlilliyi olan şəxslərə və sosial xidmətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın rolunu qeyd edib. “Həmçinin bu gün ƏƏSMN sosila xidmətlər üzrə 20-dən çox ixtisaslaşmış QHT ilə əməkdaşlıq həyata keçirir və nazirliyin sifariçi əsasında onlkar tərəfindən çoxsaylı layihələr icra edilir. Bu layihələr çərçivəsində ölkənin ayrı-ayrı bölgələri üzrə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud uşağa və soail təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsə müxtəlif növ xidmətlər, həmçinin reablitasiya dəstəyi göstərilir”.

Nazir bildirib ki, 3 illik müddət üzrə imzalanan Memerondum ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əhalinin o cümlədən sosial müdafiəyə xüsusui ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən vətəndaşlaırın məşğulluğunun təmin edilməsi ilə bağlı proqram və layihələrin hazırlanması, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırıllması sahələrində gələcək əməkdaşlıq niyyətlərini ifadə edir: “Digər tərəfdən, biz həsas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi, soail sahədə faəliyyət göstərən QHT-lərin potensialının gücləndirilməsi istiqamətində birgə tədbir, təlim seminarların təşkilində əməkdaşıq etmək niyyətindəyik. Yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlərin, əməyin ödənilməsi və mühafizəsi istiqamətində proqram və layihələrin hazırlanması, “Sosial xidmət haqqında” Qanunun müddəalarının tətbiqi, QHT-lər arasında müsabiqələrin təşkili işində də Şura ilə əməkdaşlıq nəzərdə tutulur”.

S. Müslümov Memeronduma əsasən, Nazirlikdə yaradılacaq İctimai Şuranın formalaşdırılmasına və fəaliyyətininə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək veriləcəyini də qeyd edib.

Aysel Kərimova







17 Sentyabr, 2014  10:49 Baxılıb: 795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner