Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bu ilki Nobel mükafatına ƏN ŞANSLILAR

Tanınmış Keniya yazıçısı Ngugi wa Thiong'onun gələn ay ədəbiyyat üzrə Nobel mükafatını almağa şansı xeyli artıb.

"The Guardian" qəzeti yazır ki, Labrokes bukmeyker kontorunda onun qalibiyyətinə pul qoyanların sayı kəskin artıb. Əgər əvvəl şansı 33-ün 1-ə idisə, indi 10/1-dir.

Bir müddət əvvəl yazıçı karyerasını bitirmiş Amerika yazıçısı Filip Rotun qələbəsinə pul qoyanların da sayı xeyli artıb (əvvəl nisbət 50/1 idisə, indi 16/1-dir).

Ngugi həbsxanada cəza çəkərkən öz romanını tualet kağızına yazması ilə məşhurdur. O, həbsə tənqidi pyesinə görə atılmışdı.

Keniya yazıçısı 2010-cu ildə Labrokesda mükafatı almağa əsas favoritlərdən sayılırdı. Amma həmin il mükafat Peru yazıçısı M.V.Llosaya verilmişdi.

Bu ilki favorit isə Yaponiya yazıçısı Haruki Murakamidir (5/1).

Onun adı xeyli vaxtdır beynəlxalq mətbuatda da mükafatı almağa əsas namizədlərdən biri kimi hallandırılır.

İkinci yerdə Ngugi ilə birlikdə Əlcəzair yazıçısı Assia Cebar qərarlaşıb.

Daha sonra Rotla birlikdə çex-fransız yazıçısı Milan Kundera və Suriya şairi Adonis gəlir.

Ötən ilki Nobeli Kanada yazıçısı Alice Munro qazanmışdı. O heç də həmin il Labrokesda əsas favorit deyildi. Şansları 12/1 idi. Ondan şanslılar Murakami, daha sonra Amerika yazıçısı Coyc Karol Oates (6/1), macar yazıçısı Peter Nadas (7/1), Cənubi koreyalı şair Ko Un (10/1) sayılırdı.






16 Sentyabr, 2014  19:22 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner