Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Orta məktəblərdə din tədris oluna bilər” - Mübariz Qurbanlı

“Gələcəkdə Azərbaycandakı orta məktəblərdə dini dərslər tədris oluna bilər”.

APA-nın şimal bürosunun xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı məlumat bildirib.

O deyib ki, hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar var: “Amma gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə müzakirələr aparılaraq, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər. Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil”.

Komitə sədrinin sözlərinə görə,  tarix dərsliklərində dini biliklərin artırılması istiqamətində də təkliflər var: “Dini maarifləndirməyə ehtiyac var ki, kimlərsə bu sahədə bilgilərin zəif olmasından sui-istifadə etməsin”.

 






16 Sentyabr, 2014  14:36 Baxılıb: 765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner