Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çörəyin bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər Bakıda fəaliyyət göstərən bəzi mağazalarda  çörəyin bəzi çeşidlərinin qiymətini artırılması ilə bağlı xəbərlər yayılıb. Xüsusilə təndir çörəklərinin qiymətində artım baş verdiyi həmin çörəklərin 40 qəpikdən 50 qəpiyədək bahalaşdığı göstərilib.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi Abbas Əliyev  Simsar.az-a açıqlamasında bəzi KİV-lərdə çörəyin qiymətinin bahalaşması ilə bağlı yayılan xəbərlərin heç bir əsası olmadığını bildirdi.

Onun sözlərinə görə, İqtisadyyat və Sənaye Nazirliyi  yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib.

“Çörəyin qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.-A.Əliyev deyib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev  mətbuata açıqlamsında sentyabr ayının əvvəlində ölkədə 1 milyon 440 min ton buğda istehsal olunduğunu bildirmişdi.

O, taxıl istehsalında azalma olduğunu təsdiqləsə də, ölkədə istənilən qədər taxıl ehtiyatının olduğunu vurğulamışdı.

Aysel Kərimova

 






16 Sentyabr, 2014  11:23 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner