Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Jirnovskinin top-tüfənglə qarşılanması yolverilməzdir – DEPUTAT

“Uzun illər boyu Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirən Jirnovskinin son zamanlar xoş məramlı rəftarı təqdir olunandır”.

Bunu Simsar.az-a Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rusiyanın Liberal Demokrat Partiyasının Lideri Vladimir Jirinovskinin Bakı səfərinə münasibət bildirərkən deyib.

Partiya sədri deyib ki, əlehdarlarımızı yanımızda görək üçün səy göstərməliyik. Bu, son dərəcə vacib taktikadır, vacib yanaşmadır: “Jirnovskinin keçmişdə dediklərini unutmalıyıq. O, bu gün Azərbaycana qarşı rəftarında ciddi dəyişiklik edirsə, hər müsahibəsində, hər açıqlamasında Azərbaycanın ünvanına xoş ifadə işlədirsə, biz bu hərəkətləri təqdir etməliyik. Keçmişə söykənərək müxtəlif üsullarla onun üzərinə hücumlar etməməliyik. Təəssüflər olsun ki, bir sıra qəzetlər, portallar və siyasətçilər bu yolu turmurlar. Əksinə arxivləri eşələyib, Jirnovskinin əvvəlki fikirlərinə istinad edərək onun üstünə gedirlər. Bu isə düzgün deyil”.

Artıq Jirnovskinin Azərbaycanın yanında olduğunu bildirən deputat söyləyib ki, bundan sonra onu geri itələməli deyilik, daha da yaxına buraxmalıyıq: “Unutmaq olmaz ki, Jirnovskinin Rusiyanın ictimai-siyasi həyatında kifayət qədər nüfuzu var. Bu nüfuz daimidir. Eyni zamanda onun partiyası Rusiya parlamentində yetərincə təmsil olunur. Onun Azərbasycana gəlişinə hörmətlə yanaşmalıyıq. Onun top-tüfənglə qarşılanması yol verilməzdir. Mən sizin vasitənizlə bütün KİV-nə səmimi şəkildə bir siyasətçi və Azərbaycan vətəndaşı kimi müraciət edirəm ki, Jirnovskinin gəlişinə müsbət yanaşsınlar. Kim müsbət yanaşmağı bacarmırsa, ən azından susmağa üstünlük versin”.

Bildirək ki, Rusiyanın Liberal Demokrat Partiyasını Lideri Vladimir Jirinovski sentyabrın 3-cü ongünlüyündə Bakıya gələcək.

Bir neçə günlük səfər çərçivəsində Jirinovski Azərbaycanda bir sıra görüşlər keçirməklə yanaşı, ölkə ilə daha yaxından tanış olmaq və inkişaf proseslərini öz gözləri ilə görmək üçün  respublikanın bir sıra bölgələrində də olacaq. Onun hətta mətbuat nümayəndələri üçün mətbuat konfransının da təşkil olunacağı gözlənilir.

Hüseyn İbadlı

 

 






16 Sentyabr, 2014  11:16 Baxılıb: 941 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner