Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət qurumlarının nümayəndələri Gənclər və İdman Nazirliyinə toplaşdı - Fotolar

Gənclər və İdman Nazirliyində Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib.

Nazir Azad Rəhimovun sədrliyi ilə keçirilən toplantıda 20-ə yaxın dövlət qurumunun- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunun rəsmiləri iştirak edib.

Nazir Azad Rəhimov bildirib ki, dünyada baş verən siyasi prosseslərdə gənclərin rolu çox böyükdür. Məhz elə bu səbəbdən gənclər siyasətinə böyük önəm verən BMT Baş katibi Ban Ki Mun ikinci dəfə tutduğu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti ilə bağlı olduğunu bildirdimiş və qurumun nəzdində gənclər siyasəti üzrə xüsusi büronun   yaradılması qərarına gəlinib. Qeyd edilib ki, BMT-nin nəzdində yaradılmış Gənclər Siyasəti üzrə xüsusi qurumun elçisi Əhməd Əlhəndavini ölkəmizdə rəsmi səfərdə olmuş və Forum ətrafında geniş müzakirələr aparılıb.

Azad Rəhimov həmçinin bildirib ki, Azərbaycan forumun Bakıda keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olub: “Xüsusi ilə qeyd etməliyəm ki, Bakı şəhərində  oktyabr ayında gerçəkləşəcək Gənclər Siyasəti üzrə  I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq”.

Qeyd edək ki, 28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda reallaşacaq foruma  170-dən artıq ölkədən 700-dən artıq iştirakçının qatılacağı gözlənilir. Forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir.

Simsar.az

 

 






16 Sentyabr, 2014  11:06 Baxılıb: 709 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner