Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kraliçadan şotlandlara xəbərdarlıq: “Yaxşı fikirləşin”

Kraliça Elizabet nəhayət ki, Şotlandiyada cümə günü keçriləcək mütəqillik səsverməsiylə bağlı danışıb. Elizabet: “Şotlandiya xalqı diqqətli düşünməlidir”.

Kraliçanın jurnalistlərin israrlı suallarından sonra bu fikiri səsləndirməsi, İngiltərə mediasında səs-küyə səbəb olub. Bundan sonra Saray “Kraliça siyasi bir açıqlama verməyib” açıqlaması verərək, Elizabetin ifadəsini düəzltməyə çalışıb.

Müstəqillik referendumundan Şotlandiyanın İngiltərədən ayrılma qərarı çıxsa belə, 88 yaşlı Kraliça Elizabetin “Şotlandiya Kraliçası” olaraq qalacağı bildirilir.

Lakin Şotlandiyada müstəqillik tərəfdarları monarxın gələcəyi ilə bağlı heç bir təminat vermirlər və lazım gələrsə monarxın ləğv ediləcəyini bildirirlər. Keçrilən son anketlər, referenduma 48 saat qalmış, ayrılmaq istəməyənlərin yüzdə 51 faiz irəlidə olduğunu göstərir. Lakin Şotlandiyada 500 min tərəfsiz seçicinin olduğunu bildirən müşahidəçilər, tərəfsizlərin nəticəyə təsir edə biləcəyini vurğulayıblar.

Məşhurlar da bölündü

Şotlandiya müstəqillik referendumu media kimi, məşhurları da ikiyə bölüb. Şon Koneri və Cerard Butler kimi şotland aktyorlar müstəqillik tərəfdarlarının önündə gedərkən, maykl Duqlas, Judy Denç və Devid Bekhem, “Birlikdə daha yaxşıyıq” kampaniysına dəstək verirlər.

Şotlandiyanın statusu...

Referendumdan müstəqillik qərarı çıxarsa, Şotlandiyanın 24 mart 2016-cı ildə Birləşmiş Krallıqdan tamamən ayrılması gözlənilir. Lakin “Müstəqil Şotlandiya”nın statusunun nə olacağı məsələsi tam dəqiqləşməyib. Bu vəziyyətdə Şotlandiya AB və NATO xaricində qalacaq. Bu təşkilatlara yenidən üzv ola bilmək üçün də, yenidən uzun müddət çalışması lazım gələcək. Şotlandiyanın müstəqillik məsələsinin İtaliya və İspaniya başda olmaqla Avropadakı digər müstəqilliyə meyilli bölgələr üçün ilham qaynağı olacağı da, qitədə narahatçılıq yaradır.

Vüsal Qarayev







16 Sentyabr, 2014  10:30 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner