Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ Bağdadı vurdu

ABŞ ordusu Obamanın İŞİD-ə qarşı yeni strategiyası çərçivəsində ilk addımını atıb. Ordu Bağdadın cənub-qərbini vurub.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada, Amerika hərbi təyyarələrinin Bağdadı vurmasının yeni strategiya çərçivəsində həyata keçrildiyi bildirilib. Açıqlamada qeyd edilib ki, “Bu hava hücumu öz vətəndaşlarımızı qorumaq məqsədi daşımayan ilk əməliyyatdır”.

Qeyd edək ki, ABŞ-ın İraqdakı bundan öncəki hava hücumları, bu ölkədəki ABŞ vətəndaşlarını və mənafeyini qarumaq, humanitar missiya və İraqlı qaçqınlara yardım məqsədi daşıyırdı.

Hücumlarda, İŞİD-in İraq ordusunu vurduğu bir mövqeyin yox edildiyi açıqlanıb.

CENTCOM-un açıqlamasında həmçinin, Sincar yaxınlarında İŞİD-ə aid 6 maşının da məhv edildiyi qeyd edilib. O da bildirilib ki, ABŞ İraqda ümumilikdə bu günə qədər 162 hava hücumu həyata keçirib.

Suriya hücum etsə, ABŞ qarşılıq verəcək

Digər yandan ABŞ, İŞİD-i yox etmək üçün, Suriyaya da hücum edə biləcək. ABŞ ordusu Suriya rejimi tərəfindən qarşılıq verilməsinə səssiz qalmayacaq.

ABŞ mediasında yer alan xəbərə görə, ABŞ-ın səlahiyyətli şəxsləri, Bəşər Əsəd hakimiyyətinin Amerika təyyarələrinə müdaxilə etməsi halında, ABŞ-ın cavab verəcəyini bildiriblər.

Vüsal Qarayev







16 Sentyabr, 2014  09:59 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner