Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan: “Türkiyə İŞİD-dən neft alır” ifadəsi çirkin yalandır”

Türkiyə Prezidenti Ərdoğan 2 günlük Qətər ziyarətindən sonra, Türkiyənin İŞİD-dən neft aldığı iddialarını sərt şəkildə yalan olduğunu bildirib.

Ərdoğan, Qətər hökumətinin ölkədən çıxmalarını istədiyi Müsəlman Qardaşların üzvlərinin Türkiyəyə gəlmə ehtimalı ilə bağlı, “Tələb edərlərsə bunu araşdırarıq, təhlükəli bir məsələ olmazsa bir xarici qonaq necə gəlirsə onlar da o şəkildə gələ bilərlər” deyib.

“Türkiyə İŞİD-dən neft alır” ifadəsi çox çirkindir

Ərdoğan, New York Times-in Türkiyə İŞİD-dən neft alır iddiasını sərt şəkildə yalanlayıb, “Türkiyəyə rəsmi kanallardan xaric neft gələrsə onu həmən məhv edirik” deyib. Ərdoğan: “Bu məsələylə bağlı Türkiyənin mövqeyi hər zaman bəllidi. “Türkiyə İŞİD-dən neft alır” ifadəsi çox çirkin və yalandır. Biz bölgədə terrora qarşı mübarizə aparan bir ölkəyik. Çünki biz özümüz də terrordan çox əziyyət çəkmişik. Qaldı ki neftə, biz qeyri-qanuni gələn bütün neft məhsullarını məhv edirik. 5 min ton qeyri-qanuni neft ələ keçirdik və məhv elədik. Türkiyə bu məsələlərdə kimsəyə fürsət verməz”.

Vüsal Qarayev







16 Sentyabr, 2014  09:03 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner