Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İSESCO-nun baş direktoru BMT-ni ikiüzlü və riyakar adlandırdı

“Artıq dünyanın özünə gəlməsinin vaxtıdır"

“Təəssüf ki, beynəlxalq siyasətdə, ikiüzlülük, riyakarlıq müşahidə olunur”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında İSESCO-nun baş direktoru Əbdüləziz bin Otman əl-Tüveycri söyləyib. O beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ problemindən xəbərdar olduğunu deyib: “Bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunub və bu qətnamələrdə Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünü bərpası tələb olunsa da, bu qətnamələr beynəlxalq ictimaiyyət tərəfindən hələ də yerinə yetirilməyib. Amma Liviya ilə bağlı qətnamə dərhal yerinə yetirildi, onlar öz iradələrini diktə etmək üçün Liviyanı bombalamağa gəldilər. Bax, bu riyakarlıqdır. İSESCO dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edib. Bu torpaqlar Azərbaycanda ayrıla bilməz, bu torpaqlar azad olunmalı və Azərbaycan vətəndaşları ölkənin bu hissəsində normal şəkildə yaşaya bilməlidir”. 

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna münasibət bildirən İSESCO-nun baş direktoru hesab edir ki, müasir dünyada çoxsaylı dəyişikliklər baş verir: “Artıq dünyanın özünə gəlməsinin vaxtıdır. Problemləri silahla deyil, sözlə həll etmək lazımdır. Bu forum belə bir dialoqun əsasını qoymağı hədəfləyib”.






7 Aprel, 2011  19:00 Baxılıb: 1274 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner