Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gəmi batırıldı, 164 nəfər itkin düşdü

Liviyada qaçaqları aparan gəminin batması nəticəsində 164 nəfər itkin düşüb. İnsan qaçaqçılarının gəmini qəsdən batırdığı bildirilir.

Paytaxt Trablus sahillərində 250 nəfər qaçağı daşıyan gəminin batdığını Liviya Dəniz Qüvvələri təmsilçisi açıqlayıb. Təmsilçi gəmidən 3-ü hamilə qadın, 36 nəfərin xilas edildiyini, itkin düşən 164 nəfərin sağ qalacağına isə ümidlərin kəsildiyini deyib.

Xilas edilənlərdən bəziləri insan qaçaqçılarının öz aralarında anlaşa bilmədikləri üçün gəmini qəsdən batırdıqlarını iddia ediblər.

Qeyd edək ki, Afrikadan Avropaya çörək dalınca getməyə çalışan minlərlə qaçaq gəmilərin batması səbəbindən ölür.

Vüsal Qarayev







16 Sentyabr, 2014  08:23 Baxılıb: 716 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner