Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türk kanalları “Azerspace-1”lə yayımlanacaq

Sentyabrın 11-14-də İstanbulda keçirilən CeBİT İnformasiya Texnologiyaları Avrasiya Sərgisində iştirak edən “Azərkosmos” ASC tədbir zamanı bir sıra önəmli müqavilələr imzalayıb.

Simsar.az APA-ya istinadən xəbər bu müqavilələrdən şirkət üçün ən əhəmiyyətlisi Türkiyənin NEBA şirkəti ilə türk kanallarının “Azerspace-1” peyki üzərindən yayımlanmasına dair imzalanmış müqavilədir.

İmzalanma mərasimində iştirak edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov qeyd edib ki, türk kanallarının Azərbaycan peyki üzərindən yayımlanmasına böyük önəm verilir.

NEBA şirkətinin baş deirektoru Mustafa Serez isə deyib ki, “Azerspace-1”-in Azərbaycanda və regionda gücü mübahisəolunmazdır, izləyici nüfuzetməsi 90%-a yaxındır: “Peykin texnoloji imkanları ən yüksək səviyyədədir. Bu cür güclü peyk operatoru ilə əməkdaşlıq etdiyimiz üçün çox məmnunuq”.

Türk kanallarının ilk siqnalı bu ilin sentyabr ayında veriləcək. İki qardaş ölkə arasında baş tutan bu əməkdaşlıq Türkiyə kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb və türk kanallarını üçün açılmış yeni pəncərə kimi qiymətləndirilib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.






15 Sentyabr, 2014  19:41 Baxılıb: 705 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner