Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Bakıdakı gözəllik müsabiqəsinin qalibi müəyyənləşdi - FOTO

RGA və Z COMPANY 2007 şirkətlərinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycanda "Baku Crystall Hall"ın səhnəsində nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalı keçirilib.

Simsar.az-ın məlumatına görə, "Baku Crystall Hall"da Natəvan Mirzəyevanın orijinal dizaynı ilə finalçılar üçün 7 çıxışlı, işıq və lazer effektli, 1700-1800 kvadratmetr sahəsi olan möhtəşəm səhnə quraşdırılıb. Dünyanın 70-dən çox ölkəsində yayımlanan bayram gecəsində 5 qitənin gözəlləri iştirak ediblər. Onlar milli geyimlərdə və model-dizayner Günel Behbudovadan gecə paltarlarında podiuma çıxıblar. Gecənin aparısıcı tanınmış televiziya aparıcısı Hüsniyyə Məhərrəmova olub. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, məşhur ifaçılar Demet Akalın, Hakan Levent, Gökhan Özen, İnna və Azərbaycanın gənc ifaçısı Vaqif Nağıyev iştirak ediblər.

Münsiflər heyətinin tərkibinə Azərbaycan, Türkiyə, Braziliya, Yunanıstan və Myanma nümayəndələri daxil olublar. Onlar arasında münsiflər heyətinin sədri, "Miss Globe International" və RGA şirkətinin prezidenti Rasim Aydın, Z COMPANY 2007 şirkətinin prezidenti Zamiq Yunusov, Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə, əlbəyaxa döyüş üzrə beynəlxalq dərəcəli idman ustası Sair İsgəndərov və digərləri olub. Baş sponsor - Khazar Islands.

Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloden elan edilib. Qalibə gümüşdən hazırlanmış və Günel Behbudovanın dizaynında dağ bülluru ilə bəzədilmiş tac təqdim olunub. Braziliyalı Şeyslin Dos Santos Reys ikinci, türkiyəli Gizem Gören üçüncü, azərbaycanlı Oksana Rizayeva dördüncü, boloviyalı Vivian Susanna Serrano beşinci yerə layiq görülüb. Münsiflər heyəti aşağıdakı iştirakçıları müxtəlif nomisayalarda xüsusi hədiyyələrlə mükafatlandırıb: "Miss National Dress" -  Vivian Susanna Serrano Lanos (Boliviya), "Miss Khazar Islands" - Anastasiya Kostiç (Ukrayna), "Miss Cosmopolitan" -  Gizelli Riva Reynberqs (Surinam), "Miss Model" - Züleyxa Eliana Verissimo Neves (Kabo-Verde), "Miss Femina" - Qianna Dimaki (Yunanıstan).

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Simsar.az






15 Sentyabr, 2014  15:26 Baxılıb: 1344 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner