Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ermənistan DİN rəhbəri hakimiyyəti və müxalifəti hədələdi

"İsti payıza buzlu duş tapılacaq". Bu haqda Ermənistanın polis rəisi (orada daxili işlər naziri vəzifəsi bu cür adlanır-red.) Vladimir Qasparyan jurnalistlərlə görüşündə bildirib.

Xatırladaq ki, parlamentdəki müxalifət partiyalarının dördlüyü və onlara yanaşı bir sıra hərəkatlar ölkədə isti payız olacağına söz veriblər. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefaya getməsini tələb edirlər.

Qasparyan isə qeyd edir ki, əgər soyuq duş kömək etməyəcəksə, onda o, payızı Sərkisyan üçün daha da "qaynar" edəcək. Polis rəisinin nəyi nəzərdə tutduğunu tam açıqlamayıb. Bu, xüsusi vasitələrlə və hətta silahla da ola bilər. Axı, Ermənistan parlamentində deputatları güllələyiblər. Yeri gəlmişkən, onda da polis heç nəyə kömək etməyib.

Qasparyanın fikrincə, istənilən daxili qeyri-sabit vəziyyət sərhədə təsir edir. Qasparyan düşmən qismində Azərbaycanı nəzərdə tutaraq "bizim düşmənimiz bundan istifadə edə bilər" deyə bildirib:

"Mən bütün bu texnologiyaları bilirəm və heç vaxt imkan verməyəcəyəm ki, mənim ölkəmdə insanlar bir-birini öldürsünlər",- deyə Qasparyan qeyd edib. "Daxili qeyri-sabit vəziyyət nə ilə bağlıdır" sualını cavablandırmayan polis rəisi, mitinqlərdə iştirak etmək niyyətində olan bütün müxalifəti hədələməyə davam edib.

Görünür ki, Ermənistan hakimiyyəti qarşıdakı "isti payız"a görə, ciddi qorxuya düşüb.(Anspress)

Amma Avropa Birliyindən bəzi yüksək vəzifəli məmurlar və hətta Amerika Birləşmiş Ştatlarında az qala Ermənistanı Cənubi Qafqazda demokratiyanın nümunəsi hesab edirlər.

Azərbaycanın 20% ərazisinin işğalına və erməni parlamentində deputatların güllələnməsinə və İrəvanda mitinq edənlərin döyülməsinə baxmayaraq indi onların ünvanına yeni təhdidlər səslənir.

Görünür ki, Avropa Birliyində və Qərbdə demokratiyanın bir qədər başqa anlamı var. Hərçənd, demokratiya hər şeydən əvvəl məsuliyyəti nəzərdə tutur.

Qasparyan "Mən xalqın xidmətçisiyəm", deyə bildirir. "İsti payıza imkan verməyəcəyəm. Allah eləməsin, əgər bu olacaqsa, onda görün nələr baş verəcək". Görün, necə ağılla və əsas olaraq da demokratik formada polis rəisi hədələyir.

Məşhur sovet komediyası "Mimino"nun qəhrəmanlardan biri öz dostuna daim deyir (yeri gəlmişkən, həmin rolda erməni aktyoru Frunzik Mkrtçyan oynayır) : "Düşün nə danışırsan".

Biz həmçinin erməni polisinə məsləhət görürük ki, "danışmazdan əvvəl düşünün".

Musavat.com






15 Sentyabr, 2014  12:10 Baxılıb: 620 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner