Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanı Hindistanda bu film təmsil edəcək

Sentyabrın 27-də Hindistanda keçiriləcək “İndian Cine Film Festival- 2014” beynəlxalq kinofestivalda Azərbaycanı Şamil Əliyevin ekranlaşdırdığı “Çölçü” filmi təmsil edəcək. Simsar.az  xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filmi beynəlxalq kinofestivalının rəsmi müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

Festivalın rəsmi müsabiqəsində bədii filmlər, qısa filmlər, sənədli filmlər, animasiya filmləri yarışacaq. Seçim turunun əsas mərhələsinə 30 ölkədən 147 film qəbul olunsa da, müsabiqədən 54 film keçib.

“İndian Cine Film Festival- 2014”ün məqsədi möhtəşəm kinematoqraf ideyalarının yarışması, mübadiləsi və inkişafına , yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır.

“Çölçü” bədii filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

“Çölçü” bədii filmi 22 beynəlxalq kinofestivalı və forumlarda iştirak edib, mükafat və diplomlara layiq görülüb.

Günel







15 Sentyabr, 2014  11:45 Baxılıb: 896 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner