Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Təhlükəsiz iş həftəsi” elan edildi - FOTO

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi” elan edib. Simsar.az xəbər verir ki, bu barədə DƏMX-nin rəisi Fuad Əlizadə məlumat verib. Xidmət rəisi vurğulayıb ki, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına, əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər bu sahədə müsbət meyllərin formalaşmasına, işəgötürənlərdə bu məsələlərlə bağlı sosial məsuliyyətin güclənməsinə səbəb olub: “Bununla belə, istehsalatda baş verən bədbəxt hadisələr, ümumən əldə olunan  məlumatların təhlili göstərir ki, heç də bütün iş yerlərində əməyin mühafizəsi qaydalarına lazımınca əməl olunmur və iş yerlərində işçilərin həyat və sağlamlığının mühafizəsinə biganə münasibət göstərilməsi halları hələ də mövcuddur. Digər tərəfdən, əmək qanunvericiliyinə, əməyin mühafizəsi normalarına riayət olunmasına dövlət nəzarəti ümumi iş yerlərinin hamısını deyil, müəyyən bir qismini əhatə edir”.

F.Əlizadə bildirib ki, qeyd olunanlar nəzərə alınmaqla, DƏMX bütün işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına nail olmaq, işəgötürənlərin işçilərin həyat və sağlamlığının mühafizəsinə diqqətini  artırmaq məqsədi ilə “Təhlükəsiz iş” həftəsi elan edib. Həftə ərzində DƏMX-in əməkdaşları aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətini yerindəcə araşdıracaqlar.

Xidmət rəisi araşdırmalar zamanı aşkar edilən nöqsan və çatişmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyini də bildirib: “İşçilərin həyat və sağlamlığı üçün təhlükə törədən əmək şəraitinin mövcud olduğu iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılacaqdır. Həftə ərzində işəgötürənlər və əmək kollektivləri arasında müvafiq mövzuda təbliğat-məlumatlandırma işləri də aparılacaq”.






15 Sentyabr, 2014  11:40 Baxılıb: 635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner