Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir

Simsar.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi xalqımızın köklü dəyərlərinin ayrılmaz hissəsi olan, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz Çövkən haqqında qələmə alınan yazıları dəyərləndirmək, bu oyunu təbliğ etmək, qələm sahiblərini bu istiqamətdə yazmağa həvəsləndirmək məqsədilə “Çövkən - qədim atüstü Qarabağ oyunu” mövzusunda ən yaxşı məqalələr müsabiqəsi elan edir.

Müəlliflər məqalələrini poçt, e-mail vasitəsi ilə (nrtis@mct.gov.az)  və ya şəxsən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinə (Hökumət evi, 3-cü mərtəbə, 319-cu otaq) və “Mədəniyyət” qəzeti redaksiyasına (Moskva pr. Dövlət Film Fondu, 5-ci mərtəbə) təqdim edə bilərlər.

Ən yaxşı üç məqalə seçilərək birinci, ikinci və üçüncü yerlərə layiq görüləcək.

Qaliblər üçün pul mükafatı və diplom nəzərdə tutulub.

Müsabiqəyə 2014-cü ilin dekabr ayının 1-də yekun vurulacaq, nəticələr barədə nazirliyin mətbu orqanları olan “Mədəniyyət” qəzeti, “Mədəni həyat” jurnalı və nazirliyin rəsmi saytında (mct.gov.az ) məlumat veriləcək.

 

 






15 Sentyabr, 2014  11:12 Baxılıb: 1047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner