Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Start” IX Beynəlxalq film festivalı başlayır

Gənclərin “Start” IX Beynəlxalq film festivalına hazırlıqlar başlanıb.

Festivalın direktoru Fehruz Şamıyev Simsar.az-a bildirib ki, Gənclər və İdman Nazirliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festival bir sıra yeniliklərlə yadda qalacaq. İlk yeniliklərdən biri təşkilatçılar sırasına “Azərbaycanfilm” kinostudiyasının qoşulması olub. Son iki ildə kinostudiya gənc kinematoqrafçıların yaradıcılığı ilə bağlı bir çox layihələr həyata keçirib. Kinostudiyanın “Start” Beynəlxalq film festivalına dəstək olması da məhz bu layihələrin davamıdır. Biz də “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi olaraq kinostudiyanın bu addımını yüksək qiymətləndiririk.

Vurğulanıb ki, Qafqazın ən böyük qısametrajlı film yarışması olan “Start”da bu ildən etibarən festivalın qaliblərinə “Qızıl nar” mükafatı təqdim olunacaq.

F.Şamıyev deyib ki, yaxın günlərdə filmlərin qəbuluna başlanacaq. Hər il festivalda iştirak etmək istəyən gənclərin və onların təmsil etdiyi ölkələrin sayı artır. Sevindirici haldır ki, iştirakçı olmaq arzusunda olan ölkələrin əksəriyyəti kino ənənəsi olan dövlətlərdir. Belə dövlətlərin sırasında Fransa, Rusiya, Almaniya, İran, Serbiya, İspaniya və bu kimi ölkələr var.

Günel







15 Sentyabr, 2014  10:35 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner