Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Bilik Günü" Rövnəq Abdullayev və Məleykə Abbaszadə BANM-da oldular - FOTOLAR

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir.  ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, bir çox dövlət rəsmilərinin, eləcə də Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Ümummilli lider Heydər Əliyevin Bakı Ali Neft Məktəbində yerləşən büstünü ziyarətlə başlamışdır.

Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov kollektiv adından tədbirdə iştirak edən qonaqlara dəvətlərini qəbul etdikləri üçün öz minnətdarlığını bildirmişdir. Daha sonra E.Qasımov 2014-2015-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış abituriyentləri və bu ali təhsil müəssisəsində  təhsil alan, semestr imtahanlarından uğurlu nəticələr əldə edən tələbələri yeni tədris ili münasibəti ilə təbrik etmişdir. BANM-in qısa zaman çərçivəsində əldə etdiyi uğurları gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, cəmi 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, əldə etdiyi yüksək nəticələrə əsasən Bakı Ali Neft Məktəbi ali təhsil ocaqları  arasında lider olmuşdur. BANM-in tələbə qəbuluna başladığı ildən  bu  günə qədər   qəbul elan etdiyi ixtisaslar üzrə nəticələr haqqında  məlumat verən E.Qasımov vurğulamışdır ki, 2012/2013-cü tədris ilində  bu ali təhsil ocağına  qəbul üzrə orta keçid balı 631,  2013/2014-cü tədris ilində 656, 2014/2015-ci tədris ilində isə bu göstərici 668 bal olmuşdur və məhz builki  nəticə Azərbaycanda tələbə qəbulu üzrə ən yüksək göstərici olan nəticə olmuşdur. O, qeyd etmişdir ki, bu yüksələn göstərici Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərancamı ilə hər il yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrə verilən  prezident təqaüdlərində də özünü göstərir. O bildirmişdir ki, 2012/2013-cü tədris ilində  BANM-ə qəbul olunan abituriyetlərin 11-i , 2013/2014-cü tədris ilində 15-i, 2014/2015-ci tədris ilində isə 17-si prezident  təqaüdünə layiq görülmüşdür.

Daha sonra Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini qeyd edən E.Qasımov bu baxımdan insan resurslarının müasir standartlara  uyğun şəkildə gücləndirilməsinin olduqca önəmli məsələ olduğunu  vurğulamışdır. O, Respublika Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına  çevirməliyik” şüarının Bakı Ali Neft Məktəbinin timsalında nümunə olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri “Bilik Günü” münasibəti ilə təbrik etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı  29 noyabr 2011-ci il tarixli Fərmanının əhəmiyyətindən və vacibliyindən bəhs edən R.Abdullayev qısa  müddət ərzində ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində  böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq yüksək nəticələr əldə edildiyini bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanda aparılan yüksək quruculuq işləri günü-gündən inkişaf edən ölkəmizi regionun lider dövlətinə çevirmişdir.  R.Abdullayev  Bakı  Ali Neft Məktəbinin yaradılmasında da  başlıca məqsədin məhz Avropanın enerji təhlükəsizliyində və regionun inkşafında  böyük rol oynayan Azərbaycan dövlətinin və xalqının rifahını  daha da  gücləndirmək üçün müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı kadrları yetişdirmək olduğunu vurğulamışdır.

Bakı Ali Neft Məktəbinin tələbələrini test imtahanlarında əldə etdikləri  yüksək  nəticələrə və bu ali məktəbin  tələbələri adını qazandıqlarına görə  təbrik edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki,  onların daxil olduqları  ali məktəb yeni yaranmasına  baxmayaraq, ali təhsil müəssisələrinin reytinq cədvəlində  I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olmuşdur. O vurğulamışdır  ki, bu il də BANM çox böyük nəticələr əldə etmişdir.   O  bildirmişdir ki, 2014/2015-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 673, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə  660, “Kimya mühəndisliyi” ixtisası üzrə 648 bal olmuşdur. İxtisaslar  üzrə  orta  ballar  uyğun  olaraq 684, 671  və  657, ümumiyyətlə ali məktəb üzrə 668 bal olmuşdur. Bunun yüksək nailiyyət olduğunu bildirən Məleykə Abbaszadə  eyni zamanda  böyük  məsuliyyət olduğunu  da qeyd etmişdir. Sonra tələbələrə dərslərində uğurlar arzu edərək bildirmişdir ki,  dövlətimiz tərəfindən onlar  üçün yaradılan əlverişli şərait  ali biliklərə yiyələnərək dinamik inkişaf edən ölkəmizin quruculuq  işlərinə öz töhfələrini verməyə imkan yaradacaqdır.

Tədbirdə iştirak edən  Böyük Britaniyanını Heriot-Vatt Universitetinin  “Neft   Mühəndisliyi” İnstitutunun professoru Con Ford  BANM ilə mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasından məmnunluq hissləri keçirdiyini ifadə etmiş,  yaradılmış infrastruktur imkanlarını, kadr potensialını və tələbə kontingentini yüksək qiymətləndirdiyini bildirmişdir. O qeyd etmişdir ki, BANM-də yaradılan şərait və imkanlar, mövcud kadr potensialı heç də xarici universitetlərdən aşağı deyil. O, Bakı Ali Neft Məktəbinin tələbələrinin semestr imtahanlarından topladıqları nəticələrlə Heriot –Vatt Universitetinin eyni ixtisas üzrə təhsil alan tələbələrinin imtahan nəticələrini müqayisə edərək bildirmişdir ki, eyni tədris proqramları, eyni dərs vəsaitləri üzərində təhsil aldıqlarına baxmayaraq, imtahanların nəticələri göstərmişdir ki, Bakı Ali Neft Məktəbinin tələbələri Heriot- Vatt Universitetinin  tələbələrindən yüksək nəticələr əldə etmişdirlər. Bu nəticə isə Bakı Ali Neft  Məktəbində tədrisə , onun keyfiyyətinə  və nizam intizama  verilən ən yüksək diqqətinin nəticəsidir.

Tədbirdə çıxış edən  BANM-nin “kimya mühəndisliyi”  ixtisasına  690 bal toplayaraq qəbul  olunmuş, prezident təqaüdçüsü İbrahim Şərifov və 687 bal toplayaraq  BANM-in “neft-qaz mühəndisliyi” ixtisasına qəbul olunmuş və prezident  təqaüdünə layiq görülmüş Ayaz Şərifov qardaşlarının atası Araz Şərifov, 76 saylı orta  məktəbin  fizika-riyaziyyat müəllimi Esmira Bəkirova, BANM-in 3-cü kurs tələbəsi  Kamran Əliyev, 2-ci kurs tələbəsi Emilya Məmmədova və 700 bal toplayaraq BANM-in “proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olunmuş Eltun İbrahimov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən  uğurlu təhsil islahatlarına görə təşəkkürlərini bildirmişdirlər. Çıxış edən tələbələr Bakı Ali Neft Məktəbinin tələbəsi olduqlarından məmnunluq  hissi keçirdiklərini ifadə etmiş və onların yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitə görə  təşəkkürlərini bildirmişdirlər.

Tədbirin sonunda BANM-in rektoru qonaqlarla birlikdə  ali məktəbin ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələrini təqdim etmiş, həmçinin 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə biletləri təqdim olunmuşdur.







15 Sentyabr, 2014  10:25 Baxılıb: 842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner