Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident və xanımı "Bilik Günü" məktəb açılışında - FOTO

Sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayıb. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb. Bu il bir çox yeni məktəblər yenidən qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib. Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdir.

“Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbin açılışında iştirak etdilər.

Prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.

Sonra dövlətimizin başçısı və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik etdi.

Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Sonda xatirə şəkli çəkdirildi.






15 Sentyabr, 2014  10:22 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner