Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Simsar.az