Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Sərgi başa çatdı

“ADEX-2014” adı altında Azərbaycanda keçirilən birinci Beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırdı.

Müdafiə Sənayesi Nazirliyindən Simsar.az-a verilən məlumata görə, üç gün davam edən sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.

Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdiriblər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan Milli Pavilyonu müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib. 2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirib.

Sərgi zamanı müdafiə sənayesi naziri Yavər Camalovun və nazirliyin digər rəsmilərinin sərgiyə qatılan şirkətlərin əksəriyyətinin nümayəndələri ilə ikitərəfli görüşləri olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb. Görüşlərdə ikinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinə dəvətlər çatdırılıb.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX -2014” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri də var idi.

 

Sərgiyə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərilib.

 

Sərgi çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusuna həsr edilmiş konfrans keçirilib.







13 Sentyabr, 2014  19:25 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner