Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat “toy mafiyası”ndan danışdı – AÇIQLAMA

“Toy mərasimlərində maraqlı olan şəxslər, qüvvələr var”

“Toy mərasimlərinin keçirilməsinin tənzimlənməsi  müəyyən insanların ciddi biznes maraqlarına toxunan bir addım olacaq”. Bunu Simsar.az-a Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkli Musa Quliyev toy mərasimlərində israfçılığın qarşısının alınmasına münasibət bildirərkən  deyib.

Millət vəkilinin sözlərinə görə, yas mərasimləri ilə bağlı problem tam qaydaya düşəndən, insanlar şüurlu şəkildə yas mərasimlərinin tövsiyə olunan şəkildə keçirilməsini qəbul edəndən sonra toy mərasimləri ilə bağlı işə başlamaq olar. Hesab edirəm ki, yas mərasimləri ilə müqayisədə bu, çox çətin olacaq. Çünki toy mərasimlərində maraqlı olan şəxslər, qüvvələr var və bu addım bir çoxlarının ciddi biznes maraqlarına toxunacaq.

Deputat həmçinin, şadlıq evlərində səs-küyün normal qaydaya uyğun tənzimlənməsi, qida məhsullarının sanitar gigiyenik normalar çərçivəsində hazırlanması, toy mərasimində həddən artıq dəbdəbəyə yer verilməməsi kimi məsələlərdə əhali arasında maarifləndirmə işləri aparılmasının vacibliyini də vurğulayıb. “Çünki, mərasimlər qanunlarla tənzimlənə bilməz. Lakin, toy məclislərinin cəmiyyətin bütün təbəqələrinin arzu və istəklərinə uyğun olması üçün müəyyən normativ tədbirlər həyata keçirtmək lazımdır”.

Deputatın sözlərinə görə, toy məclislərində nizam-intizamın yaradılması üçün ilk olaraq ölkədə tanınmış şəxslər öz mərasimlərini təşkil edən zaman əhaliyə nümunə göstərməlidirlər. Bu təbəqəyə siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, icra başçıları, nazirlər, o cümlədən tanınmış xadimlər, ziyalılar, incəsənət xadimləri  aiddir. Onlar bu məsələdə cəmiyyətə nümunə olmalıdırlar.

Şadlıq evlərində qiymətlərin tənzimləməsinə də münasibət bildirən millət vəkili bunun üçün toy mərasimlərinə aid ümumi qaydaların dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi. Deputatın fikrincə 400-500 nəfərlik məclislər 70-100 nəfərlik məclislərlə əvəz olunarsa  bu, toy qiymətlərinin köklü şəkildə dəyişməsinə səbəb olacaq: “Hazırkı şərait toy mafiyasının idarə etdiyi kiminal şəraitdir. Təəssüf ki, bu gün cəmiyyətimizdə müəyyən kateqoriyaya aid insanlar  qonşudan  geri qalmamaq prinsipinə əl atırlar”.

"Bu gün Azərbaycan bazar iqtisadiyyatı yolunu seçmiş demokratik ölkədir. Burada tələblə təklif mühüm rol oynayır və toy mərasimləri də müqavilə əsasında həyata keçirilir. Lakin, bunu mədəni və iqtisadi qanunlara uyğun formada icra etmək lazımdır” – deputat belə deyib.

Xatırladaq ki, mətbuatda aidiyyəti qurumların  yas mərasimindən sonra  şadlıq evlərində də israfçılığın qarşısını almağı düşünmələri haqda məlumatlar yer almaqdadır.

 

Aysel Kərimova

 

 






13 Sentyabr, 2014  14:58 Baxılıb: 963 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner