Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ İŞİD-ə qarşı müharibəyə başladı

ABŞ hökuməti rəsmi olaraq İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı müharibə elan edib.

Simsar.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

“ABŞ Əl-Qaidə və onun bütün dünyada cinayət ortaqları ilə olduğu kimi, İŞİD-lə də müharibə vəziyyətindədir” – deyə, Ernest vurğulayıb

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri dünyanı qətliamlar və etnik təmizləmə ilə sarsıdan İŞİD-ə qarşı mübarizədə qlobal koalisiya qurmaq üçün səfərə çıxıb. Səudiyyə Ərəbistanında keçirilən danışıqlar zamanı ABŞ və ərəb ölkələri arasında İŞİD-in məhv edilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlarda 10 ərəb ölkəsi iştirak edib. Tərəflər İŞİD-in Suriya və İraq daxil olmaqla, hansı ölkədə olmasından asılı olmayaraq darmadağın edilməsi barədə razılıq əldə ediblər.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.






13 Sentyabr, 2014  08:51 Baxılıb: 827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner