Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəzərin problemlərinə dair beynəlxalq konfrans keçiriləcək

15-20 sentyabr  2014-cü il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasında AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Şuranın “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda XVIII birgə sessiyası keçiriləcək.

AMEA-dan Simsar.az-a verilən məlumata görə, tədbirdə Rusiya (Moskva, Sankt-Peterburq, İrkutsk, Həştərxan və s), Belorusiya, Qazaxıstan, Gürcüstan və s. ölkələrdən 50-yə yaxın alim-mütəxəssis, eləcə də Azərbaycandan olan coğrafiyaçı alimlər, əlaqədar müəssisə və təşkilatlardan dəvətli nümayəndələr  iştirak edəcəklər.

Sessiyada Xəzər dənizi regionunun fiziki, iqtisadi-sosial-coğrafi problemlərinin və eləcə də Avrasiya məkanında müxtəlif coğrafi   (regional və yerli) ərazilərin dayanıqlı inkişafının kompleks şəkildə  geniş müzakirəsi aparılacaq.

Qonaqlar üçün Bakı şəhəri üzrə ekskursiya, eləcə də tanışlıq məqsədilə  Xəzər  dənizinin sahilyanı əraziləri və Böyük  Qafqazın Şimal-Şərq yamacına marşrutlar da təşkil olunacaq.

Aysel Kərimova

 






13 Sentyabr, 2014  08:38 Baxılıb: 823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner