Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nərimankənd şəhidlərinin 40 mərasimi keçirildi

40 gün əvvəl erməni kəşfiyyat-təxribat qrupları tərəfindən cəbhənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti basqın zamanı düşmənin hücumunu dəf edərkən şəhid olmuş gizirlər- Rahil Əfsər oğlu Hüseynov, Pərvin Səlahəddin oğlu Əliyev və onların həmkəndliləri Anar Vidadi oğlu Qarazadə doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn ediliblər.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, hər üç şəhid göstərdikləri şücaət və rəşadətə görə ölümlərindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə igid döyüşçülərimizin şəhidlik zirvəsinə yüksəlmələrindən ötən 40 gün müddətində onların qəbirlərinin üstü mərmərlə götürülüb və məzarüstü abidələri qoyulub.

Şəhidlərimizin 40 mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidlərin doğmaları, ictimaiyyət nümayəndələri və igid döyüşçülərin xidmət etdikləri hərbi hissənin təmsilçiləri iştirak ediblər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı mərasimdə çıxış edərək Vətən yolunda şəhid olan igid döyüşçülərimizin qanının yerdə qalmayacağını bildiriblər.

Şəhidlərimizin ruhuna dualar oxunub, ehsanlar verilib.







12 Sentyabr, 2014  19:46 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner