Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA Tacikistanın Elmlər Akademiyası ilə saziş imzalayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zohir Saidov ilə görüşüb. AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Akif Əlizadə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd edib. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Görüşdə bu ilin sentyabrında səfirliyin və AMEA-nın birgə təşkilatçılığı ilə dahi fars-tacik şairi, mütəfəkkir və filosof Ə.Caminin 600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq konfransla bağlı müzakirələr aparılıb. Həmçinin yaxın zamanlarda Tacikistan Elmlər Akademiyası ilə AMEA arasında elmi əməkdaşlığa dair sazişin imzalanacağı bildirilib.

Görüşdə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin rəhbəri, akademik Teymur Kərimli və səfirliyin birinci katibi Səlimi Xatloni də iştirak ediblər.

Görüşdən məmnunluğunu ifadə edən səfir AMEA ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Qeyd edib ki, görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurlu davamına zəmin yaradacaq.

Aysel Kərimova







12 Sentyabr, 2014  17:17 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner