Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Media və kütləvi informasiya vasitələri” – Beynəlxalq KONFRANS

Ölkədə elmi jurnalistikanın formalaşdırılması istiqamətində görülən işlər Bolqarıstanda təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ölkədə elmi jurnalistikanın formalaşdırılması istiqamətində apardığı işlər Bolqarıstanda təqdim olunub.  Simsar.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov adıçəkilən ölkənin Sveti Vlas şəhərinin Elenite kәndindә "Royal Castle" otelindә keçirilmiş “Media və kütləvi informasiya vasitələri” adlı III beynəlxalq konfransda çıxış edib. Bolqarıstan Elmlər Akademiyası və Bolqarıstan Alimlər Birliyi tərəfindən təşkil olunmuş 4 günlük tədbirə 10 ölkə, o cümlədən İtaliya, Xorvatiya, Polşa, Rusiya, Yaponiya, Sloveniya, İran və digərlərinin media, elm və ali təhsil müəssisələrinin mütəxəssisləri qatılıb.

S.Hüseynov konfransda “Elmdə ictimaiyyətlə əlaqələr: elmi jurnalistikanın qurulması imkanları” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanda elmin təbliği ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qarşıya qoyulan məsələlərdən, o cümlədən alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsi, həmçinin elmi nailiyyətlərin cəmiyyətə, o cümlədən təhsil müəssisələrinə çatdırılması kimi mühüm vəzifələrdən irəli gəlir. Bunu nəzərə alan akademiya rəhbərliyi 2013-cü ilin mayında Rəyasət Heyətində ictimaiyyətlə əlaqələr siyasəti və şöbəsi təşkil edib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin göstərişi ilə 50-ə yaxın şəxs qurumun bütün müəssisə və təşkilatlarında elmin təbliği və ölkədə elmi jurnalistikanın formalaşdırılması işlərinə cəlb olunub.

Son il yarım müddətində  ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradılıb. Komandanın üzvlərinə AMEA-nın fəaliyyətini və elmin özünü təbliğ etməyin prinsipləri öyrədilib. Yaxın günlərdə komandanın tribunası olan “Elm və həyat” jurnalında onların ilkin məqalələri işıq üzü görəcək.

Məruzəçi elmdə ictimaiyyətlə əlaqələr strukturunun missiyası, elmi jurnalistikanın özəllikləri və dünyada hazırkı vəziyyətindən bəhs edib, cəmiyyətin elmə marağını artırmaq imkanlarından danışıb. Məruzə maraqla qarşılanıb, suallar cavablandırılıb.

Yaponiyanın Fukuoka şəhərində yerləşən Kyushu Universitetinin professoru Toşiya Kobayaşi elmi kommunikasiya sahəsində AMEA ilə əməkdaşlıq niyyətini və konkret təkliflər hazırlayacağını bildirib.

Bolqarıstanın “Elm və Təhsil”, Polşanın “Yeni Təhsil” fondları, həmçinin Sankt-Peterburq Dövlət Universitetinin jurnalistika fakültəsinin dəstəyi ilə keçirilən beynəlxalq konfrans sentyabrın 13-də başa çatacaq.

Aysel Kərimova







12 Sentyabr, 2014  14:46 Baxılıb: 779 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner