Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəlilabad bələdiyyəsinin sədri barəsində cinayət işi

Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə Baş prokurorluğa müraciət edilib. Rayon sakini tərəfindən edilən müraciət prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, bələdiyyə sədri Kamal Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, o, Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb etməkdə və faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almaqda şübhəli bilinib. Şübhələr əsaslı olduğundan K.Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam etdirilir.

Ülviyyə







12 Sentyabr, 2014  14:22 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner