Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir Belçikaya getdi

Sentyabrın 9-danbaşlayaraq Belçikanın Antverpen şəhərində Xüsusi Olimpiya Avropa Yay Oyunları ilə bağlı tədbirlərə start verilib.

Simsar.az-ın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 14-21 sentyabr tarixləri arasında davam edəcək olimpiya oyunlarında 58 Avropa və Avrasiya ölkəsindən 2000-dən artıq əqli imkanları məhdud olan  idmançı iştirak edəcək. Rəsmi qonaq kimi açılış mərasiminə dəvət alan nazir Azad Rəhimov Belçikaya yola düşüb.

Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları ərəfəsində Belçikanın Lommel şəhəri  Bakı şəhəri ilə sıx əlaqələrə əsasən 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini qəbul edəcək.  Ən maraqlı məqamlardan biri Azərbaycan komandasının yarışlar zamanı Lommel şəhərində qalması münasibəti ilə orada abidənin açılış mərasiminin keçirilməsi olacaq. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Lommel şəhərinin meri Peter Vanvelthoven və Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov iştirak edəcəklər.

Lommel şəhərində  ölkəmizin  və Bakı-2015 Avropa Oyunlarının təbliği ilə bağlı konsert, sərginin təşkil olunması və bir sıra təqdimatların edilməsi nəzərdə tutulub. Konsert zamanı Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Azərbaycanın klassik və milli musiqilərini ifa edəcək.






12 Sentyabr, 2014  13:03 Baxılıb: 646 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner