Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbər Müsavatdan gedənlərdən danışdı

"Partiyasının parçalanması ilə bağlı proqnozlar dəfələrlə verilib".

Simsar.az xəbər verir ki, bunu jurnalistlərə Müsavat Partiyasının sədri İsa Qəmbər deyib.   Partiya sədri bildirib ki, xüsusən Müsavat Partiyası Azərbaycan cəmiyyətinə yeniliklər təqdim edəndə belə fikirlər səsləndirilir. Bu cür proqnozlar heç zaman özünü doğrultmayıb: "Seçkilərin nəticələrindən narazı qalan kimsə partyanı tərk edib gedəcəksə, bu, onun zəifliyi kimi qiymətləndiriləcək. Düşünmürəm ki, bu kimi hallar Müsavatda əks-səda doğuracaq. Çünki seçki onun üçündür ki, seçən şəxslər kimsəsə üstünlük versinlər. Seçilməyən şəxslər də seçilənə və seçicilərin iradəsinə hörmətlə yanaşmalıdır."

İsa Qəməbər Müsavat Partiyasının qurultaydan sonra parçalanması haqqında ictimaiyyətdə fikirlər dolaşdığını, bu kimi fikirlərin zaman-zaman səsləndirilsə də öz təsdiqini tapmadığını deyib. “Türkiyədə keçirilən parlament seçkilərindən sonra tanınmış siyasətçinin sözünü xatırlayıram. Məğlub partiyanın  lideri ilk çıxışı zamanı bildirdi ki, millət bizə bu dəfə müxalifət missiyasını həvalə etdi. Yəni bu qədər yüksək qiymətləndirdi nəticəni. Ona görə də, kiminsə gedəcəyini düşünmürəm.  Əgər gedecəksə, həmin şəxs yanlışlığa yol verəcək. Müsavat Partiyasının Azərbaycan xalqına təqdim etdiyi yeniliklər davam edir.  Hesab edirəm bu qurultay da Azərbaycan cəmiyyəti üçün ciddi yeniliklər gətirəcək”.

Hüseyn İbadlı







12 Sentyabr, 2014  12:47 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner