Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

KOMİTƏ: “Ötən il 543 qadın məişət zorakılığına məruz qalıb”

“Ötən il  məişət zorakılığı zəminində 710 nəfər zərərçəkmiş şəxs qeydiyata alınıb”. Bunu Simsar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUHDK) Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, həmin hadisələrlə əlaqədar cianyət işi açılıb və  məlub olub  ki, məişət zorakılığına məruz qalanlardan 543 nəfəri qadınlar,  6 nəfəri 18 yaşına çatmamış  qız, 1 nəfər hamilə qadın olub.

Komitə rəsmisi bildirib ki, mövcud statistika Azərbaycanda məişət xarakterli zorakılıqlara daha çox qadınlar məruz qaldığını göstərir.

Məişət zorakılıq formalarının daha çox şəhərlərdə baş verdiyini deyən E.Səfərov   belə hadisələrdə mübarizə üçün baçlıca olaraq maarifləndirmənin gücləndirilməsk,  risk altında olan ailələr siyahıya almaq və onları  mütəmadi olaraq nəzarət altında saxlamaq lazımdır ki,  bu cür faktlar yenidən təkrarlanmasın.

Komitə rəsmisi bildirib ki, bu məqsədlə bütün ölkə ərazisində müavifiq qurumların nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir.

Tədbirlərdə qanunun icrasında problem yaradan hallar müəyyən edilir, onların aradan qaldırılması məqsədilə müvafiq qurumların iştirakı ilə tədbirlər görülür.

Aysel Kərimova







12 Sentyabr, 2014  11:35 Baxılıb: 790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner