Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

Bu gün Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

Simsar.az-ın məlumatına görə, forumun açılış mərasimi “Gülüstan” sarayında keçirilir. Açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edir. Ümumilikdə isə foruma 5 qitədən, 20 ölkədən 435 qonaq qatılıb. Qonaqlar arasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, AŞ-nın sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri V Şvimmer, UNESCO və BMT rəsmiləri də var.

Forumun proqramına uyğun olaraq açılış mərasimindən sonra birinci sessiyada “Gəlin, dünyanı bölüşdürməyək” mövzusu müzakirə ediləcək. Forumda hər bir sessiya üzrə xüsusi müzakirə sənədləri olacaq. Mədəniyyət, incəsənət və irslə bağlı sessiya Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq. Dinlərarası mövzu Avropa Şurasının Şimal-Cənub Mərkəzi, “Müasir medianın mədəniyyətlərarası dialoqun təbliğində rolu”, eyni zamanda “Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu” ilə bağlı sessiya BMT-nin Sivilizasiyalar Alyansı, “Qadınların mədəniyyətlərarası dialoqda rolu” mövzusunda sessiyası isə UNESCO tərəfindən təşkil olunacaq. Bütün sessiyalarda Mədəniyyət və Turizm Nazirliyi bilavasitə təşkilatçı kimi iştirak edir.






7 Aprel, 2011  14:37 Baxılıb: 1405 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner