Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlillərin reabilitasiyası ilə bağlı YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlarından ibarət nümayəndə heyəti sentyabrın 15-dən 19-dək Litva Respublikasında səfərdə olacaq.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə səfərdə məqsəd bu ölkənin tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaqdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq edəcəyi heyət səfər çərçivəsində Litvanın aidiyyatı dövlət qurumlarının məsul şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə əlilliyi olan şəxslərə dair qanunvericilik bazaları, bərpa-müalicə və reabilitasiya sisteminin təkmilləşdirilməsi, reabilitasiyanın tibbi modelindən sosial modelinə keçid prosesi ilə bağlı məlumat mübadiləsi aparılacaq.

Nümayəndə heyəti səfər müddətində Litvanın əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əmək qabiliyyətinin bərpası, psixososial reabilitasiya, uşaqların tibbi bərpası və s. üzrə tanınmış müəssisələrinin iş təcrübəsi, sosial reabilitasiya xarakterli praktikalar, habelə belə şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlərlə yaxından tanış olacaqlar.

Qeyd edək ki, adıgedən Tvinninq layihəsində Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi və müvafiq təcrübə mübadilələrinin aparılması nəzərdə tutulur.






12 Sentyabr, 2014  11:00 Baxılıb: 660 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner